03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Həzrət Abbasın (ə) hərəminin şəhər xaricindəki qonaq evində bayraq dalğalandı - Foto
23.09.2020

Səfər ayının 1-i təşkil edilən mərasimlə Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin şəhərdən kənar qonaq evində (Əl-Muzifil Xarici) bayraq dalğalandırılıb.

Müqəddəs Kərbəla-Nəcəfül Əşrəf şəhərləri arasındakı yolda yerləşən qonaq evi, hər il səfər ayının əvvəlində bir mərasim təşkil edərək zəvvarları qəbul etməyə başladığını elan edir. Qonaq evində İmam Hüseynin (ə) ziyarətinə gələn qonaqlara yemək, içmək, yerləşmə kimi bir çox xidmətlər təklif olunur.

Həzrət Əbülfəzl Abbasın (ə) pak hərəminin idarə heyətinin üzvləri və şöbə müdirləri ilə yanaşı, din xadimləri və ruhanilərin də qatıldığı mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra həzrət Əbülfəzl Abbas (ə) ziyarətgahının Baş Katibliyi adından Diyanət İşləri Şöbəsinin müdir müavini Şeyx Adil Vəkil çıxış edib və İmam Hüseynə (ə) xidmətin iraqlıların qəlbində yeri və şəxsiyyətlərinin ayrılmaz bir hissəsi olması barədə danışıb. Şeyx A.Vəkil, həmçinin ehsan və qonaqpərvərlik baxımından iraqlıların səxavətliliyinin İraq şəxsiyyətinin ən qabarıq xüsusiyyətlərindən biri və nümunəvi çəkilən sifətlərindən sayıldığını qeyd edib.

Həzrət Abbasın (ə) türbəsi Şəhidlər sərvərinin və qardaşı Əbülfəzl Abbasın (ə) zəvvarlarına yürüşlər ərzində Kərbəlaya gedən yollarda müxtəlif yerlərdən xidmət etmələri ənənəyə çevrilib.

Bu bərəkətli qonaq evi də bu yerlərdən biridir. Hal-hazırda on üç ildir, hətta bir il belə axsatmadan, Nəcəfdən Kərbəlaya gedən Ərbəin zəvvarları buranın xidmətindən faydalanırlar.

Burada həmçinin Şeyx Əmir Əl-Xatib bir mərsiyə oxuyub. Sonra mərasimin müşayiəti ilə 13 metr enində və 17 metr uzunluğunda “Salam, Hüseynin (ə) bayrağını daşıyan şəxs!” yazılmış nəhəng bayraq, hündürlüyü 40 metr olan dirəyə qaldırılıb.

Deyerler.org