20 May 2024 - 20

20 May 2024 - 20

ƏRBƏİN Beynəlxalq Mükafatının yekun mərasimi keçiriləcək
27.09.2020

ƏRBƏİN VI Beynəlxalq Mükafatının yekun mərasimi Oktyabr ayının 6-da (Çərşənbə Axşamı günü) Tehranda İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının "əz-Zəhra (s) hüseyniyyəsi"ndə keçiriləcək.

ƏRBƏİN Beynəlxalq Mükafatı dini-mədəni proqram olaraq hər il Aşura və İslami müqavimət mədəniyyətini yaymaq və insanların İmam Hüseynə (ə) olan eşqinin cilvəsini sərgiləmək hədəfi ilə beynəlxalq miqyasda keçirilir.

ƏRBƏİN VI Beynəlxalq Mükafatı proqramının əsas dili "incəsənət" və "mədəniyyət" dilidir. Bu proqramda Aşuranın hədəfləri incəsənət və mədəniyyət vasitəsi ilə digər xalqlara ötürülür.

Bu proqramda iştirak edənlər öz incəsənət əsərlərini foto, film, xatirə və səfərnamə formatlarında ƏRBƏİN mövzusu ətrafında hazırlayır.

ƏRBƏİN VI Beynəlxalq Mükafatı proqramında dünyanın 20 ölkəsi iştirak edib. Seçilmiş əsərlərin sahiblərinə və bu mövzuda sosial şəbəkə fəallarına hədiyyələr veriləcək.

ƏRBƏİN VI Beynəlxalq Mükafatı proqramı çərçivəsində seçilmiş 40 əsərin sərgisi keçiriləcək.

Yekun mərasimini https://intlarbaeen.com və "intel_arbaeen_award" instagram səhifəindən izləyə bilərsiniz.

İQNA