21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Sirli ərbəin (40) rəqəmi
11.01.2018

"Ərbəin" 40 rəqəmini ifadə edir. 40 rəqəminin çoxlu sirləri vardır. Burada onlardan bir neçəsinə toxunuruq:
1. 40 ədədi kamillik əlamətidir;
2. İnsan 40 yaşında əqli yetkinliyə çatır;
3. Həzrət Məhəmməd (s) peyğəmbər seçilərkən 40 yaşı vardı;
4. İbn Abbasdan nəql olunmuşdur ki, 40 yaşına çatmış adamın xeyri şərindən çox olmasa, cəhənnəmə hazırlaşsın ;
5. Quranda deyilir ki, Musanın (ə) öz Rəbbi ilə vədi 40 gün çəkdi ;
6. Həzrət Adəm (ə) 40 gecə-gündüz Səfa dağında səcdədə qaldı ;
7. Bəni-İsrail qövmü dualarının qəbul olunması üçün 40 gecə-gündüz ağlayıb nalə etdi ;
8. Hədisdə deyilir ki, kim Allaha görə 40 gün niyyətini xalis etsə, Allah onu zahid edər, ona həyatın yolunu öyrədər, hikmət çeşmələrini qəlbindən dilinə yönəldər .
Rəqəmi barədə ayə və hədislərdə

"İrşad əl-qulub", c. 1, səh. 186.
"Əraf" surəsi, ayə 142.
"Təfsir-Qumi", c. 1, səh. 45.
"Kafi", c. 2, səh. 400.
"Bihar əl-ənvar",