10 Dekabr 2025 - 10
İmam Hüseynin (ə) Müqəddəs Ziyarətgahının Mühəndis və Texniki Layihələr Departamenti Əqilə Zeynəb (s.ə) ziyarətgahı layihəsi üzərində işlərin davam etdiriləcəyini elan edib.
Departamentin müdiri Hüseyn Rza Mehdi “İmamhussain” saytına açıqlamasında bu barədə məlumat verib: “Əməkdaşlarımız Əqilə Zeynəb (s.ə) səhni layihəsində layihənin konkret quruluşunu tam şəkildə tamamlamaq üçün ikiqat səy göstərirlər. 1443-cü hicri ilinin muhərrəm ayının 10-na kimi ziyarətgahın (Təlli Zeynəb) beton quruluşunu tamamlamağa çalışırıq.
Əqilə Zeynəb (s.ə) səhni layihəsi milyonlarla insanın ziyarətləri zamanı meydana gələn sürət və sıxlığı azaldacaq əhəmiyyətli və böyük layihələrdən biridir.
Əqilə Zeynəb (s.ə) həyətində ziyarətgahdan (Təlli Zeynəb) əlavə olaraq bir muzey, bir kitabxana, ibadət yerləri və Zeynəbiyyə bazarı da olacaq”.
Deyerler.org - Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto