21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Norveçli səyyah həzrət Əbülfəzl Abbasın (ə) hərəmini və muzeyini ziyarət etdi-Foto
12.01.2021

İraqa səyahət edən tanınmış norveçli səyyah Yorn Byorn Auqestad Kərbəla şəhərində əhzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahını və muzeyini ziyarət edib.

Kerbela.info məlumat verir ki, Norveçli səyyah Yorn Byorn həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahındakı Əl-Kafeel muzeyinə gəzintisi vaxtı muzeydəki son proseslərlə tanış olub və eksponatların nümayiş və saxlama baxımından müasirlikləri görüb. Ona hər bir əsərin tarixçəsi, təqdimatı və qorunması haqqında qısa məlumat verilib.

Yorn Byorn muzeydə gördüyü qılınclar, qumlar, dəbdəbəli xalçalar və əlyazmalar kimi qiymətli və nadir əsərlərə heyran qaldığını və muzey şöbəsindəki həzrət Əbülfəzl Abbasın (ə) xidmətçiləri tərəfindən hazırlanan sərgi qalereyasına heyran qaldığını dilə gətirib.

Bu səfərin və səyahətinin sonunda Yorn Byorn təşəkkürünü yazıya həkk edib: “Həzrət Abbasın (ə) müqəddəs ziyarətgahının muzeyində rəsmilərlə görüşdüm, qonaqpərvərliyiniz və mənə göstərdiyiniz gözəl yardım üçün səmimi qəlbdən təşəkkür edirəm və bir daha sizinlə görüşmək istəyirəm”.

Yorn Byorn yazıçı, səyyah və natiq kimi, dünyanın bütün ölkələrinə səyahət edən ən gənc norveçlidir. Onun Kərbəla və müqəddəs ziyarətgahlar da daxil olmaqla 18 vilayəti gəzərək ziyarət etdiyi sonuncu ölkə İraq olub.

İqna