21 Noyabr 2024 - 21
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə (4 fevral 2021-ci il) Kərbəla şəhərində Fərat çayının sahilindəki İmam Mehdi Sahibəz-Zamanın (ə.f) məqamının genişləndirilməsi üzrə layihənin açılışı edilib.
Açılış mərasimində həzrət Əbülfəzl-Abbasın (ə) ziyarətgahının şəriət himayədarı Ayətullah Seyid Əhməd Əs-Safi və bir sıra idarə heyətinin üzvləri və şöbələrinin rəhbərləri iştirak ediblər.
Layihə çərçivəsində İmam Mehdi Sahibəz-Zamanın (ə.f) məqamına sahəsi 1200 m2 olan ərazi əlavə edilib. Bu sahə xanımlara ayrılmış 490 m2 salondan, kişilər üçün ayrılmış 310 m2 zaldan, xidmətçilərə ayrılmış 150 m2 salondan və 250 m2 köhnə girişi əhatə edən geniş giriş qapısından ibarətdir.
Qeyd edək ki, Fərat çayının sahilindəki İmam Mehdi Sahibəz-Zamanın (ə.f) məqamının əvvəlki binası 3 əsr əvvəl tikilib.
İqna/Kerbela.info