21 Noyabr 2024 - 21
Vurma dırnaq ana püstanına, yox süd, bala, yat,
Əli qoynunda Rübabın sənə laylay çala, yat!
Quruyub suzi-ətəşdən görürəm qönçə dodaq,
Yuxu gəlməz gözünə mən də qalım sənlə oyaq?
Səni rahət eləyim əllərim üstə nə sayaq?
Düşdü biçarə anan gör necə haldan-hala yat!
Öpürəm ləblərivi, islana, bəlkə, dodağın,
Yandırar daş ürəyi, ay bala, bu qəmli çağın,
Bərgi tək isti, susuzdan göyərib əl-ayağın,
Razı olma bu qəmin qəlbimə odlar sala, yat!
Bəxtimin çərxinə, Əsğər, bala, sən mahi-hilal,
Atəşin istisi verməz sənə bir ləhzə macal,
Baxasan üz verib əl'an anava dərdü-məlal,
Bağlayan su yolunu bu hala, Əsğər, qala yat!
Məni şərməndə, xəcalət eləyib səndən, Əli,
Əl-əman, əl-həzərim var belə düşməndən, Əli,
Alacaq ləşkəri-kafər səni də məndən, Əli,
Bu anan xeyməsəradə bala dərdin ala, yat!
Ey güli-baği-imamət, bala, qurbanın olum,
Saətim oldu qiyamət, bala, qurbanın olum,
Yat qucağımda səlamət, bala, qurbanın olum,
Bu yanan qəlb saralan ləblərə qurban ola, yat!
Əli, su yolları bağlandı, susuz qaldı bənat,
Qana dönsün bu biyabanə axan şətti-Fərat,
Tapmasın Kərbübəlayə cəm olan rahi-nicat,
Bala, azdır bu anan zülfünü, Əsğər yola, yat!
Bala, mehriyyeyi-Zəhra bu biyabanə axar,
Təşnə qızlar, Əli, su camına əfsürdə baxar,
Analar zülfünə bu çöldə cəvan qanı yaxar,
Gecənin aləmi bu qəlbimə atəş dola, yat!
İki püstan arasına, bala, qoydum üzüvi,
Açmadın dil bu anan dərk edə sənin sözüvi,
Baxısan, doldurusan əşk ilə şəhla gözüvi,
Hansı gülqönçədi su içməyə, ətşan sola, yat?!
Bala, üç gün gecə-gündüz bu anan etmədi xab,
Gəhivarən yanını kəsdi gözü yaşlı Rübab,
Hər öpəndə üzüvi qəlbi yanıb oldu kəbab,
Mürği-dil cənnət ara qonmada koldan-kola, yat!
Sabit Təsuci (İbrahim)
Kerbela.info