04 Noyabr 2025 - 4
Doldurub cahanı vay Hüseyn sədası
Əlləri başında səslənir anası:
Nuri hər du eynim vay
Bikəfən Hüseynim vay
Can əzizi-Zəhra, Can əzizi-Zəhra.
Gəlməyim necə mən dildən ahu zarə?
Verməyin icazə çəşmi-əşkibarə
Qoydular balamı bikəfən məzarə:
Nuri hər du eynim vay
Bikəfən Hüseynim vay
Can əzizi-Zəhra, Can əzizi-Zəhra.
Cəbrail deyərdi bu Hüseynə lay-lay
Doğradı vücudin əhli-kina eyvay
Virdu-zikri oldi vay Hüseynim ey vay:
Nuri hər du eynim vay
Bikəfən Hüseynim vay
Can əzizi-Zəhra, Can əzizi-Zəhra.
Oğlumun dolannam məclisi-əzasin
Açmaram başımdan həşrətək qarəsin
Eylərəm ürəkdən başlaram nəvasın:
Nuri hər du eynim vay
Bikəfən Hüseynim vay
Can əzizi-Zəhra, Can əzizi-Zəhra.
Hər o yerdə görsən vardı qarə pərçəm
Şiələr qurublar orda bəzmi-matəm
Mən də başda qarə səslərəm dəmadəm
Hər əzaya gəlləm sinə dağlaram mən
Oxşaram doyunca orda ağlaram mən:
Nuri hər du eynim vay
Bikəfən Hüseynim vay
Can əzizi-Zəhra, Can əzizi-Zəhra.
Məhəmmədhüseyn Səhhaf Təbrizi (1911-1983)
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto