21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Həzrət Əlinin (ə) mövludu ərəfəsində Kərbəlada Kəbə evinin maketi quraşdırıldı
26.02.2021

Həzrət Əli ibn Əbu Talib (ə) Kəbə evində dünyaya gələn yeganə insandır.

İmam Əli (ə) 30-cu fil ilində (miladi 600-cü il) rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlib. Tarixçilərin yazdığı məlumata görə, Möminlər ağası Əlinin (ə) anası Fatimə binti Əsəd doğuş ağrıları zamanı Kəbənin yanına gələrək belə dua etmişdir: “Allahım! Mən sənə və sənin tərəfindən göndərilən bütün peyğəmbərlərə və kitablara inanıram və bu evi inşa edən cəddim İbrahim (ə) peyğəmbərin sözlərini təsdiq edirəm. İlahi! Bu evi inşa edən və bətnimdə olan bu uşağın hörmətinə, bu balamın doğumunu mənim üçün asandlaşdır”.

Bu duanın ardından dərhal Kəbənin bir divarı yarılır və Fatimə binti Əsəd Kəbə evinin içərisinə daxil olur. Üç gündən sonra o qucağında bir oğlan uşağı ilə çıxır. Divarın yarıldığı yerdə isə böyük çat qalır. Oğlunun adını Heydər qoyan Fatimə, daha sonra Allahın tapşırığı ilə ona Əli adını verir. Bu əmr gil kitabı şəklində onun həyat yoldaşı həzrət Əbu Talibə nazil olur. Uzun illər boyu o kitabə Kəbə evinin divarından asılı qalır. Lakin sonralar həzrət Əliyə (ə) müxalif olanlar o kitabəni məhv edir və divardakı çatı yamayırlar.

O gündən indiyə qədər 1442 il keçib. Bu zamana qədər Kəbə dəfələrlə təmir olunmuş və hətta yenidən tikilmişdir (bəzi daşlar əvəz olunmuşdur), amma hər dəfə təmir və yenidən qurmadan sonra yenə də yarılan yer açıq şəkildə ortaya çıxır.

/İqna/Kerbela.info/