22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Ərbəin ziyarətinə piyada və ən uzun yürüş edən ilk karvan: Kərbəlaya 600 km qalır
20.10.2017
Ərbəin ziyarətinə piyada və ən uzun yürüş edən ilk karvan Məşhəd şəhərindən 54 gün öncə yola düşüb və artıq Kərbəla şəhərinin 600 km-liyinə çatıb.
Ərbəin yürüşünü İmam Rzanın (ə) hərəmindən başlayan "Ənsarul-Hüseyn" karvanında 100-dən çox İmam Hüseyn (ə) aşiqi artıq 17 ildir ki, Məşhəddən – Kərbəalaya piyada yürüş edir.
2600 kilometrlik yolu onlar 75 günə gedirlər və Ərbəin günü Kərbəlada İmam Hüseyn (ə) əzadarlarına qovuşurlar.
Ənsarul-Hüseyn karvanının üzvləri Məşhəd şəhərindən hərəkət edib İranın Rəzəvi Xorasan, Cənubi Xorasan, İsfahan, Kohgiluyə və Boyer-Əhməd əyalətlərindən keçərək Xuzestan əyalətinə və Şələmçə sərhəd-keçid məntəqəsi vasitəsi ilə İraq ərazisinə keçəcək.