09 May 2024 - 9

09 May 2024 - 9

İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmləri gül çələnglərilə bəzədildi-Foto
16.03.2021

Mubarək şəban ayı ali Məhəmmədin (s) şadlandığı günlərlə dolu bir aydır.

“Mövludlar ayı” kimi adlandırılan şəban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövlud günləridir.

Artıq Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində Şəbaniyyə mövludları münasibətilə bayram hazırlıqlarına başlanılıb. Bu hazırlıq işlərində Həzrət Əbülfəzl Abbasın (ə) və İmam Hüseynin (ə) zərihi şərifləri təbii çiçəklər və güllərdən ibarət çələnglərlə bəzənib. Bununla mübarək mövludların sevincini yaşayan Əhli-Beyt (ə) sevdalılarının gözlərində də bayram yaşadan iş görülüb.

Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin qübbəsinin qarşısında İmam Hüseynin (ə) adı qeyd olunan bayraqlar və rəngli işıqlar asılıb.

/Kerbela.info/Deyerler.org/