07 Dekabr 2025 - 7
İraqlı Əhli-Beyt (ə) sevdalıları İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövludu münasibətiylə Nimeyi-Şəban ziyarətini etmək üçün İraqın ucqar cənubundan müqəddəs Kərbəla şəhərinə yürüşlərə başlayıblar.
Həzrət İmam Hüccət ibnil Həsənin (ə.f) mövludu münasibətilə İraqın cənubunu Şəhidlər Sərvərinin (ə) şəhəri ilə birləşdirən yol yaşıl, sarı və qırmızı bayraqlar daşıyan insan seli ilə bəzənib.
İmam Məhdinin (ə.f) aşiqləri olan gənclər, qadınlar və ahıllar bu günlər ərzində müqəddəs Kərbəla şəhərinə doğru piyada ziyarətlərini davam etdirərək, Əhli-Beytin (ə) şad günlərinə sevinclərini təzahür etdirirlər.
Yürüş boyu lazımlı təhlükəsizlik və sağlamlıq xidmətlərini göstərməklə yanaşı, onlara zəruri xidmətlər göstərmək üçün bəzi səyyar İmam Hüseyn (ə) alaylarının zəvvarların xidmətində durduğu bildirilir.
Artıq Kərbəla şəhərində də təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
/Deyerler.org/Kerbela.info/
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto