21 Noyabr 2024 - 21
Sual: İmam Həsən (ə) İmam Hüseyn (ə) kimi İmam Əli (ə) və Fatimənin (ə) övladları ali əba və məsum imamlardırlar və bu cəhətdən heç bir fərqləri yoxdur. İmam Həsənin (ə) bir üstün cəhəti vardır ki, İmam Hüseyndən (ə) böyükdür. Bəs nə üçün imamət məqamı İmam Həsənin (ə) övladlarına çatmadı İmam Hüseynin (ə) nəslində davam etdi?!!!
Cavab: Sualın cavabını əldə etmək üçün bir nöqtəyə diqqət etmək lazımdır.
O şəxs ki, imamət məqamına çatır bir çox xüsusiyyətlərə o cümlədən ismət, elm, şücaət, səxavət və... malik olmalıdır və insanların bu xsusiyyətləri başqalarında olmasını müəyyən etməsi mümkün olmadığı üçün, imamətin təyin edilməsi Allah tərəfindəndir nəin ki, insanlar arasında seçilməklə və Allah-Taala bu şəraiti İmam Hüseynin (ə) övladlarında müşahidə etdiyi üçün imaməti onlarda qərar verdi.
Bəzi ayə və rəvayətlərdən başa düşürük ki, bu məqamın qərar verilməsi təsirsiz deyil baxmayaraq ki, biz bu cür təsirlərin imamətə təyin olunmasından kifayət qədər məlumat ixtiyarımızda yoxdur. Misal üçün. Rəvayətlərdə gəlmişdir ki, İmam Hüseyn (ə) məxsus xüsusiyyətlərə malikdir ki, Allah Taala onun şəhadəti qarşısında ona əta etmişdir. O xüsusiyyətlərdən biri də imamət məqamının o həzrətin övladlarına ixtisas verilməsidir.
Kerbela.info