03 Dekabr 2025 - 3
Bağdadın Həzrət Məryəm (s) kilsəsindən bir qrup məsihi ötən gün İmam Hüseyn (ə) və Həzrət Əbülfəzlin (ə) hərəmini ziyarət edib.
Bu barədə müqəddəs hərəmin rəsmi saytında ("İmamhussain") bildirilib.
Məlumata görə, İmam Hüseyn və Həzrət Abbasın (ə) hərəmini ziyarət edən xristian qonaqlar hərəmin müxtəlif bölmələrinə baxış keçirib.
Onlar həmçinin Kərbəlada olan şərqin ən qədim kilsələrindən olan "Əl-Əqsir" kilsəsini ziyarət edib, dua oxuyublar.
Bağdad kilsəsinin episkopu Martin Bna deyib ki, bizim Kərbəlaya səfərdən məqsədimiz müsəlmanlar və məsihilər üçün müqəddəs olan ziyarətgahları ziyarət etmək və İraq xalqı üçün sülh və əminamanlıq üçün dua etməkdir. (Ahlibeyt.az)
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto