11 Dekabr 2024 - 11

11 Dekabr 2024 - 11

Tarixdə azadlıq, haqq-ədalət, ideologiya uğrunda savaşan olmayıb ki?
02.09.2021
Bu ölüm bir başqa ölümdür. Ona görə əsrlərdir dillərdədir. Araşdırılır, danışılır və hələ çox danışılacaq. Məgər tarixdə azadlıq, haqq-ədalət, ideologiya uğrunda savaşan olmayıb ki? Misirdə qulların ilk üsyanından tut, Spartak, Janna Dark, Ömər Muxtar, Qandi, Babək və s. Amma nə üçün bu qədər xatırlanmırlar, aktual deyillər? Hansı ki, əlehlərinə kütləvi təbliğat da aparılmayıb. Hüseyn(ə) şəhadətə yetirilən gündən bu günə qədər tarixin keşməkeşlərindən keçmişdir. Ölümündən sonra belə kütləvi məhrumiyyətlər, qadağalar, bir ovuc din dəllalının qaralamasına məruz qalmış, onların fətvası ilə müqəddəs hərəmi (məqbərəsi) 17 dəfə dağıdılmışdır. Amma yenə də aktualdır, yenə də yad olunur, yenə də araşdırılır və o mübarək gümbəz üzərindən yenə də Hüseyn (ə) bayrağı dalğalanır! Dahilər, düşüncə adamları əsrlərdir İmam Hüseyndən(ə) danışır və hələ çox danışacaq. Çünki bu ölüm bir başqa ölümdür.
Dahi Nəsimi boş yerə demirdi ki, "Bizim ölümümüz də insanların kamilliyinə xidmət etməlidir".
İlahiyyatçı Bəhruz Camal