21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ya Hüseyn lale necə şəbnəmi zəncirə çəkər
11.09.2021
Ya Hüseyn lale necə şəbnəmi zəncirə çəkər
Zülfüvün hər tükü bir aləmi zəncirə çəkər.
O gözəllik ki sənə bəzl eləyib ayinəsaz
Bir tamaşası yəqin Adəmi zəncirə çəkər.
Səndəki eşq həman mocüzi surətkəridi
İstəsə məhrəmi naməhrəmi zəncirə çəkər.
Xəncər altında sənin gərm müqəddəs nəfəsin
Dəst ecazi məsiha dəmi zəncirə çəkər.
Zeynəbin bir baxışı and ola öz məcərinə
Elə cazibidi min Məryəmi zəncirə çəkər.
Hacı Seyyidtəqi Seyfi