21 Noyabr 2024 - 21
Çox təəsüflər olsun ki, elmli şəxslər bəzi dinin bəyənmədiyi şeylərə göz yumurlar. Məsəl üçün biz öz yaşadığımız mühitə müraciət edəndə görürük ki, vacibatlar ilə müstəhəblərin yeri dəyişik düşür. Məsəl üçün paltarı nəzərdə tutaq, məxsusən bu əziz xanımlarda çox olur belə şey. Paltarı geyinir onunla bərabər aksesuar da, məsəl üçün çanta, ayaqqabı bu rəngdə olmalıdır filan. O çantanın eyni rəng olması və digər aksesuarlar vacib deyil, vacib olan paltardır. Bəzən insanlar gəlir birinci başlayır aksesuardan, əsli qoyur qırağa. İbadət məsələsi də belədir. Vacib əməllər, vacib namazlar, vacib oruclar bunar həmən o paltarın rolun oynayırlar əsldir. Müstəhəb aksesuarlardır, yəni tamamlayıcı rolu oynayır. Birinci vacibatı yerinə yetirməliyik, sonra müstəhəbləri etməliyik ki, o vacib əməlləri gözəlləşdirsin, onları tamamlasınlar. Amma çox təəssüf olsun ki, bəzi insanlar Allahın qoyduğu vacibatları yerinə yetirmirlər, namaz qılmırlar, oruc tutmurlar öz ailə uşağı ilə düzgün rəftar etmirlər onların əziyyətinə səbəb olurlar cəmiyyətdə özlərini düzgün aparmırlar, amma çalışırlar hər il məsəl üçün İmam Hüseyni (ə) ziyarətə getsinlər. İstər piyada olsun, istər nəqliyyatla olsun - birinci Allahın, peyğəmbərin bizdən istədiyini həyata keçirtməliyik.
Ziyarətlərin birində oxuyuruq ki, biz deyirik imama "mən şəhadət verirəm ki, sən İmam Hüseyn (ə) həqiqətən namazı bərpa etdin, zəkat verdin" burada məqsəd o deyilki biz demək istəyirik ki, İmam namaz qıldı, imam zəkat verdi. Bizim imamın namaz qılmağında, zəkat verməyində şəkkimiz yoxdur. Burada məqsəd budur ki, yəni sən öz şəhadətinlə namazı, zəkatı və digər əməlləri bərpa etdin. Əgər bir nəfər namaz qılmırsa, zəkat vermirsə digər vacibatları yerinə yetirmirsə onda imam Hüseynin ziyarəti məna verməz. Bunu da qeyd edim ki, İmam Aşura gecəsi ora gələn insanlara buyurdu ki, əgər burada kiminsə boynunda haqq varsa getsin, mən onu azad buraxıram getsin başqalarının haqqını qaytarsın. Yəni imam bununla başa salmaq istəyir ki, hətta Kərbəlaya gələn insan elə fikirləşməsin ki, İmam Hüseynin yanına gəlmişəmsə deməli mənim etdiyim bütün pisliklər bura gəlməklə İmamı ziyarət etməklə aradan gedir, yox, heç də belə deyil.