25 Noyabr 2024 - 25
İsveçli tarixçi alim Devid Turfealın İmam Hüseyn (ə) haqqında fikirlərini təqdim edirik.
"Mən isveçli xristianam. Din tarixi, xüsusilə İslam, şiəlik haqqında araşdırma yazılarım var. Məhərrəm ayının ilk 10 günü üçün öz təziyyələrimi sizə çatdırıram. Mənim fikrimcə Kərbəla müsibəti heç vaxt sonu olmayan bir hadisədir. Çünki nə qədər ki, dünyanın hər yerində şiələr çətinlikdədir, bu belə davam edəcək. Elə keçənlərdə 14 nəfər mülki insan şiə olduğuna görə öldürüldülər.
Məhz şiə olduğuna görə qətl olunurlarsa deməli bu müsibət hələ də davam edir. Mən 20 il əvvəl İranda yaşayarkən belə bir cümlə yaddaşımda qalıb: "Hər yer Kərbəla, hər yer Aşura" Həmin o öldürülən 14 insan təəssüf ki, bunun həqiqət olduğunu bir daha sübut edir. Elə buna görə mən də bu hadisələrə görə öz baş sağlığımı verirəm. Həm də sizi təbrik edirəm ki, İmam Hüseyn (ə) və 12 imam kimi rəhbərləriniz var. Çünki elə Kərbəla hadisəsi ilə inanılmaz gözəllik yaradıb və inanılmaz dərəcədə güclü mesajlar verə biliblər. Bu yalnız şiə müsəlmanlar üçün deyil, həm də digər müsəlman və qeyri-müsəlmanlar üçün ilham mənbəyi ola bilər.
Mən 72 sahabənin arasında Con adlı xristianı tapa bildim. Əbülfəz Abbas (ə) nəinki müsəlmanlar, həm də biz xristianlar üçün də müqəddəsdir. Kərbəlanın nuru yalnız şiə müsəlmanların deyil, həm də xristianlar və yəhudilərə də aiddir. Bu nur nə deməkdir və ya hansı mənaya gəlir? Mənin kabinetimdə İmam Hüseyn(ə) plakatı var və orada:" İmam Hüseyn (ə) heç vaxt sönməyəcək bir nurdur" yazılıb. Onda biz sual veririk: İmam Hüseyndən (ə) gələn hansı nurdur?
Buna ən sadə cavab budur: Bu işıq nə qədər söndürülməyə cəhd olunsa, o qədər də sənə sevgi ilə gələcəkdir. Elə İmam Hüseynin atası Hz. Əli Malik Əştərə yazdığı məktubda da belə deyir: "Əgər bir qardaşın səninlə dində bir deyilsə də, insanlıqda birdir." Bu nə deməkdir? Belə fitnə fəsad və qarışıqlar dövründə yaşayan insanın bircə kəlmə "Biz hamımız insanıq və eyni bir kökdən gəlmişik" deyə bilməsidir. "
/islamınsesi/