21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyni (ə) ziyarət etməyin savabı
01.02.2018

İmam Sadiq (ə) buyurur: «Bir insan İmam Hüseyn (ə)-ın ziyarəti məqsədiylə öz evindən çıxarkən birinci addımı atdığı an Allah onun bütün günahlarını bağışlayar. Ondan sonra atdığı hər bir addımda o şəxsin nuraniyyəti çoxalar. Gəlib qəbirə yetişdikdə, Allah taala o şəxslə münacat edərək buyurar: Ey mənim bəndəm çağır məni səs verim, nə hacət və istəyin varsa, istə, mən də əta edim».

İkinci hədis belədir: İmam Sadiq (ə) buyurur: Qiyamət günü süfrələr açılacaq. Bu süfrələr bir necə cürdür; Bir süfrədə yeməklər, bir süfrədə geyimlər, bir süfrədə hurilərdir. Bəzi insanlar belə şeylərin həvəsində olmadığından, onlar elə süfrə axtarar ki, orada nuraniyyət var. İmam buyurur: Bu nuraniyyət süfrəsinin kənarında oturmaq, istəyən kəs gedib adını Hüseyn (ə)- ın zəvvarlarının siyahısına yazsın. Orada o şəxslər oturacaqlar».


Nəql edirlər ki, bir gün axşam həzrət durub geyinib, keçinib, ətirlənib evdən çıxdı. Soruşdular: Ağa hara gedirsən? Həzrət buyurdu: Huri qazanmağa. Gəlib Kəbənin kənarında dayanaraq buyurdu, İlahi Mən Səni istəyirəm. Huri nədir, Cənnət nədir? İmamın bu cavabı o zaman həmin şəxslər üçün qane edici cavab idi. Onlara bəzi şeylərin sirlərini və həqiqətini demək olmazdı. Çünki, deyilsəydi, hələ dərk etməzdilər.


Üçüncü hədis Əbu Usamənin hədisidir. O deyir: Mən İmam Sadiq (ə)- dan eşitdim ki, həzrət buyurdu: «Qiyamət günü Cənnətdə bir iclas olacaq. Orada Peyğəmbər, Əli (ə), Fatimə (s), məsumlar və möminlər iştirak edəcək. Kumeyl duasında buna işarə edən Əli (ə) 3 dəfə «Ya Rəbb» çağırdıqdan sonra Allahdan 10 hacət istəyir. O hacətlərin sonuncusu budur ki, İlahi, sən istədiyin şəxslərin iclasına məni də daxil et. Odur ki, İmam Sadiq (ə) buyurdu: Məsumların, möminlərin iştirakı ilə keçiriləcək iclasda iştirak etmək istəyən insan, İmam Hüseyn (ə)-ı ziyarət etsin. İmam Hüseyn (ə)- ın ziyarətinin insanın həm dünyasına həm də axirətinə mənfəəti var.