03 Dekabr 2025 - 3
Türkiyədə fəaliyyət göstərən dini təhsil mərkəzinin bir qrup xanım tələbəsi Kərbəla şəhərində İmam Hüseyn (ə) ziyarətgah kompleksinin nəzdindəki Ailə Məsləhətləşmə Mərkəzinin qonağı olublar. Mərkəzin rəhbərliyi tələbələrin təhsil səviyyəsi ilə maraqlanıb, həmçinin görüşdə xanımların İmam Hüseyn (ə) ziyarətgahı ilə yaxından tanış olmaları üçün şərait yaradılıb.
Mərkəz direktorunun köməkçisi Mərifət əl-Tumə bildirib ki, tələbələrin bu səfəri qarşılıqlı fikir və təcrübə mübadiləsinə xidmət edir, həmçinin müqəddəs məkanı ziyarət xarakteri daşıyır.
O əlavə edib ki, müxtəlif sahələr üzrə ixtisaslaşmış müəllimlər qonaq tələbələr üçün mühazirə oxuyublar. Türkiyəli tələbələr mühazirədə imtahan zamanı həyəcan və bunun aradan qaldırılması yolları barədə məlumatlandırılıblar.
Mühazirə zamanı həyatın ən həssas məsələləri, xüsusilə xoşbəxt evlilik mövzusu müzakirə olunub. Tezliklə ailə qurmağa hazırlaşan xanım tələbərə ailə səadətinə nail olmağın yollarından danışılıb.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto