03 Dekabr 2025 - 3
İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı "Kərbəla" təhqiqat mərkəzi müqəddəs şəhərin tarixi və mədəniyyətinə dair ilk ensiklopediya hazırlayıb.
Ensiklopediyanın təqdimat mərasimi ötən gün Kərbəla şəhərində bir qrup tədqiqatçı, mədəniyyət işçisi və universitet müəlliminin iştirakı ilə keçirilib.
Təhqiqat mərkəzinin baş direktoru Əbdül-Əmir Qüreyşi deyib ki, ensiklopediyada müqəddəs Kərbəla şəhərinin tarixi haqqında - İslamdan öncə ilk yarandığın gündən indiki dövrə kimi – məlumat yerləşdirilib.
Onun sözlərinə görə, ensiklopediya 100 hissədən ibarətdir ki, indiyədək 40 hissəsi çap olunub. "Ensiklopediyada müqəddəs şəhərin tarixi (qədim və müasir), coğrafiyası, ictimai, siyasi və iqtisadi hadisələri, eləcə də burada baş verən önəmli hadisələr haqqında məlumat yer alıb. Bundan başqa Kərbəlada qədim peşələr, atalar sözləri, geyimlər və əhalinin gündəlik həyat tərzi ensiklopediyanın digər mövzularıdır."
Qeyd edək ki, ensiklopediyanın hazırlanmasında İraq, Türkiyə, İran və digər ölkələrin universitetlərindən 150 alim iştirak edib.
/İqna/

Tarix : 15-01-2018 10:59
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto