21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Mətin Yüksəlin şəhadətindən 39 il keçir - Foto
24.02.2018

Ötən gün Türkiyənin İslamçı hərəkatın 70-ci illərdəki liderlərindən biri olan, Mətin Yüksəlin qətlə yetirilməsindən 39 il keçdi.

Bir vaxtlar Türkiyədə tələbə hərəkatının lideri olmuş anti-islami kəsimlərə qarşı fikri mübarizəsilə öndə gələn, islamçı kimliyini həmişə qorxmadan bəyan etmiş və dönəmin MHP (Milliyətçi Hərəkat Partiyası) İstanbul nümayəndəliyi sədri, millət vəkilliyinə iddialı olan şəxs tərəfindən verilən sifarişlə qətlə yetirilən Mətin Yüksəl bu gün Türkiyədə hörmətlə yad olunan şəxslərdən biridir.

Mətin Yüksəlin şəhadətinin səbəblərindən öncə, onun həyatı barədə qısaca məlumat vermək istəyirəm.

Türkiyənin tanınmış islam alimi olan Sədrəddin Yüksəlin Bitlisdəki evində 1958-ci ilin 17 iyul tarixində Mətin adlı uşaq dünyaya gəldi. Mətin Yüksəl 9 yaşında olarkən, ailəsi ilə birlikdə İstanbula gəlib. Ailə Fatih səmtində məskunlaşıb. Atası Sədrəddin Yüksəl oğluna hələ uşaq yaşında olarkən, Qurani-Kərimi və İslamın təməl prinsiplərini tədris etməyə başlayır.

M.Yüksəl yaşının az olmasına baxmayaraq, Türkiyədəki müxtəlif tələbə hərəkatlarında önəmli vəzifələri icra edir. "Fatih akıncıları" hərəkatına qoşulan Mətin Yüksəl, öz dövrünün bəlalarından olan kommunizmlə mübarizəyə başlayır.

M.Yüksəl yaşının az olmasına baxmayaraq, Türkiyədəki müxtəlif tələbə hərəkatlarında önəmli vəzifələri icra edir. "Fatih akıncıları" hərəkatına qoşulan Mətin Yüksəl, öz dövrünün bəlalarından olan kommunizmlə mübarizəyə başlayır.

"Fatih akıncıları" təşkil etdikləri sosial fəaliyyətlərdə, bölgə əhalisinin məhəbbətini qazanır. Getdikcə nüfuzu artan "Fatih akıncıları"nın təşkil etdiyi tədbirlər, bəzi solçu və millətçiləri narahat etməyə başlayır. Mətin Yüksəl təhdidə məruz qalan tələbələri qorumaq üçün əlindən gələn hər bir addımı atmağa başlayır. 26 oktaybr 1977-ci il tarixində Mətin Yüksəl və 3 dostu 8 kommunist tərəfindən silahlı hücuma məruz qalır. Hücum zamanı yaralanan Mətin Yüksəl mübarizəsinə daha da şövqlə bağlanır. Sağaldıqdan sonra onun ilk çıxışındakı sözləri belə olur: "Şəhadət çağırışdır, bütün nəsillərə və çağlara".

Gənc lider sanki bu sözlə şəhadətə çatacağını hiss edir.

Mətin Yüksəlin islami kimliyini həmişə öndə tutaraq, atdığı addımlarla milliyətçi türkləri və əsasən də, o dövrün millət vəkilliyinə namizəd olan, Milliyətçi Hərəkat Partiyasının rəsmisi İhsan Barutçunu narahat etməyə başlayır. Bu barədə 1978-ci ilin may ayının 10-da "Akşam" qəzetində Nagehan Alçının imzası ilə məlumat yayımlanır. İddiaya görə Mətin Yüksəl "Fatih akıncıları" təşkilatının aksiyalarını təşkil etdiyi üçün dövrün iqtidarını və radikal millətçilərini narahat etməyə başlayır. Bununla da o, 23 fevral 1979-cu il tarixində, Fateh məscidində cümə namazından çıxarkən, silahlı hücuma məruz qalır və şəhid olur.

Mətin Yüksəl hücuma məruz qaldığı zaman, yanında olan Mehmet Ali Tekin adlı şəxs hadisəni belə nəql edir: "Bir radikal millətçi cümə namazından çıxan Mətini 3 dəfə "dayan" deyərək səslədi. 3-cü dəfədən sonra Mətin səslənən şəxsə "Gəlin danışaq!" dedi. Mətin sözünü bitirməmiş, radikal millətçilər silahları ilə Mətini güllələdilər. Mən həmin vaxt məscidin həyətində olan ağacın arxasında gizlənmək istədim. Bu vaxt mənə "Əllərini yuxarı qaldır!" dedilər. Mən əllərimi yuxarı qaldıraraq ağaca söykəndim. Hadisəni görən polislər "Təslim olun!" deyə bağıraraq, hadisə baş verən yerə doğru qaçmağa başladılar. Qatillər məni sərbəst buraxıb, hadisə yerindən uzaqlaşdılar. Mən Mətini belimə alıb, taksiyə minərək ən yaxın xəstəxanaya apardım. Xəstəxanaya çatanda artıq gec idi. Həkimlər onu əməliyyata aldı. Amma Mətin Yüksəl şəhadət şərbətini çoxdan içmişdi."

Mətin Yüksəl 26 fevral 1979-cu il tarixində, bazar günü Fateh Ədirnəqapı məzarlığında dəfn olunur. Şəhadətindən 35 il keçməsinə baxmayaraq, Mətin Yüksəl Türkiyə xalqının həmişə qəlbində yaşayır. Hər il onun şəhadəti münasibəti ilə hücuma məruz qaldığı Fateh məscidinin həyətində anım mərasimi keçirilir, tədbirlər təşkil olunur.

O, həyatını İslam ümmətinin dirilişinə həsr etmişdi.

Şəhid Mətin Yüksəlin bəzi sözləri bu gün Türkiyədə keçirilən aksiyalarda şüar olaraq səslənilir.

İslamazeri.az