20 May 2024 - 20

20 May 2024 - 20

Əzəmətli Ərbəin yürüşü haqqında
27.02.2018

Xoş o insanların halına ki, Ərbəin günü bu yolu piyada gedirlər, Ərbəin ziyarətinə yetişirlər, o xoş məzmunlu Ərbəin günü inşaallah Həzrətə xitab edirlər!

Biz də buradan şövq və həsrətlə baxırıq o addımlara ki:

Qabaqda min-min addım,
Könül müştaq, mən heyran.
Bu səylə öz qəlbimə
Ümid var ki, yol tapam.

Həmd olsun Allaha ki, gənclərimiz doğru yolu tapıb. Bizdən və dünyadan, İraqdan və başqa ölkələrdən milyonlarla insan bu yolda hərəkətdədir. Bu hadisə Allahın nemət olaraq ərsəyə gətirib bizə nəsib etdiyi hadisədir. Bu bir simvoldur. Piyada Ərbəin ziyarəti həmişə olub. Amma Əhli-beyt ardıcılları və Əhli-beyt aşiqlərinin hüzuru ilə çox gözəl və əzəmətli simvola çevrilən hərəkat olmayıb. Bunu Allah bizə əta edib. Allaha şükür etməliyik.

Ayətullah Xamenei