23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Ərbəin ziyarətinin əhəmiyyəti
02.10.2018

Şiə tarixində İmam Hüseyn (ə) ərbəininin çox uca yeri vardır. İmam Hüseyn (ə) Kərbəlada şəhid olduqdan sonra Əməvi hakimiyyəti bu hadisəni tarixdən silsəydi, onda imamın və onun dostlarının bütün əziyyətləri hədər gedərdi. İmam Hüseyn (ə) fədakarlığı ört-basdır edilsəydi, Əməvilər İslama zidd hərəkətlərini davam etdirərdilər və heç kim onların qarşısını ala bilməzdi.

Bu baxımdan, aşura günü İmam Hüseyn (ə) qiyamının birinci mərhələsi bitdikdən sonra onun ikinci mərhələsi imamın ailəsinin üzərinə düşdü. Onlar Aşura hadisəsini yaşatmalı və yaymalı idi. Onlar müsibət, işgəncə və hörmətsizliklərə 40 gün müqavimət göstərdilər və sonda aşura qiyamını təbliğ etməklə qalib gəldilər. Onlar haqqı elə yaşatdılar ki, tarix boyu bütün dindarlara və azadlıq sevərlərə ilham mənbəyi oldu və əsrlər boyu yol göstərdi.

Seyid Mahmud Haşimi Dehsorxi