21 Noyabr 2024 - 21
Namaz Allahın Həcc Allah evinin ziyarətidir. İmam Hüseynin (ə) ziyarəti Allahın xəlifələri ilə görüşdür. Namazın bir təsiri insanı çirkin işlərdən uzaqlaşdırmasıdır. Həccin bir faydası şirkdən uzaqlaşmaqdır. İmam Hüseynin (ə) ziyarətinin də öz səmərələri var.
Həzrətin ən üstün ziyarətlərindən biri Ərbəin ziyarətidir. Məsumlar bu ziyarətin əhəmiyyətli olduğunu vurğulayıblar. Ərbəin ziyarəti, Ərbəin ziyarətnaməsinin dəyərli məzmunu ilə tanış olmaq zəruridir.
Ərbəin ziyarəti möminlik nişanəsidir. Səfvan Cəmmal İmam Sadiqdən (ə) nəql edir ki, İmam Hüseynin (ə) ən mühüm ziyarətlərindən biri Ərbəin ziyarətidir. Bu ziyarətin fəzilətli olmasını göstərmək üçün onun möminlik nişanəsi sayılmasını yada salmaq bəs edər. İmam Həsən Əsgəri (ə) möminin əlamətlərini sadalayarkən Ərbəin ziyarətinin adını çəkir.
Rəvayətlərdə sadalanan xüsusiyyətlər bütünlüklə şiələrə aiddir. 51 rəkət namaz peyğəmbərin buyuruğu əsasında şiələrin xüsusiyyətlərindəndir. Yalnız şiələr torpağa səcdə edir. Bəziləri Bismillahir-Rəhmanir-Rəhim cümləsini ya demir, ya da astadan deyir. Sağ ələ üzük salmaq, Ərbəin ziyarətnaməsi oxumaq da şiəlikdə əksini tapıb.
Ərbəin ziyarətinin dəyəri onun təkcə möminlik nişanəsi olması deyil. İmam Həsən Əsgəri (ə) bu ziyarətin vacib və müstəhəb namazla eyni sırada dayandığını buyurur. Namaz dinin sütunu olduğu kimi Ərbəin ziyarəti, o cümlədən Kərbəla hadisəsi vilayətin sütunudur. Həzrət peyğəmbər buyurur ki, dinin sütunu var və bu namazdır. İmam Həsən (ə) əsgəri buyurur ki, Əhli-beytin (ə) də sütunu Ərbəin ziyarətidir. Maraqlıdır ki, namaz və Ərbəin ziyarəti insanın imanını necə kamilləşdirir.
Namazın təsirləri barədə rəvayətlər çoxdur. Bildirilir ki, insan fitrətən müvəhhid, təkallahçıdır. Amma acı hadisələr qarşısında onun xarakterində təbəddülat baş verir. İnsan namaz qılmaqla bu təbəddülatlardan qurtulur. Ərbəin ziyarəti də insanın fitri müvəhhidlikdən çıxmasına mane olur. Kamil və məsum insanların ziyarəti bərəkətli olur. Bu ziyarətlər dini anlamaqda, cihadda, dini ayinlərin icrasında, dinin müdafiəsində təsirlidir. Ziyarətnamələrdə bu təsirlərdən danışılır. Ziyarətə gedən insan ziyarətnamədə Allahın birliyinə şəhadət verir, dini vəzifələrin icrasında Allahdan kömək istəyir.
Ayə və rəvayətlərdə qırx rəqəminə diqqət yetirilir. Quranda buyurulur ki, həzrət Musanın miqatı 40 gün uzandı. Bəni-İstail öz naşükürlüyünə görə cəzalandırılaraq 40 gün səhrada qaldı. Rəvayətlərdə bildirilir ki, Adəmin yaradılışı 40 gün çəkdi. Ruh üfürülənə qədər onun cismi qırx gün saxlanıldı. Şiə və sünnülər həzrət peyğəmbərin 40 hədisin hifzi ilə bağlı rəvayətini mötəbər sayırlar. Bir şəxs 40 faydalı hədis öyrənsə və xalqa öyrətsə qiyamət günü fəqih kimi səhnəyə gətirilər. Həzrət peyğəmbər buyurur: "Əgər 40 gün ixlaslı olsanız Allah hikmət çeşməsini qəlbinizdən dilinizə cari edər. 40 rəqəmi ilə bağlı başqa maraqlı nöqtə budur ki, əksər peyğəmbərlər 40 yaşında bu məqama çatıb. Gecə namazında 40 möminə dua etmək tapşırılır. Möminə 40 evə qədər qonşuları əzizləmək tövsiyə olunur. Aydın olur ki, 40 rəqəminin İslamda müəyyən mənası var.
Rəvayətdə nəql olunur ki, torpaq peyğəmbər, övliya, saleh bəndələrin vəfatı zamanı qırx gün ağlayar. İmam Hüseynin (ə) şəhadətinə yer və göyün qırx gün qan ağladığı nəql olunur. Belə rəvayətlərdə göz yaşının qan kimi qeyd olunması üzərində dayanmamalıyıq, onu zahiri baxımdan mənalandırmamalı, eyni zamanda inkar etməliyik.
Dünyadan köçənlərin xatirəsini əzizləmək ənənəsi bütün xalqlarda və dinlərdə var. Kimi bir ay, kimi qırx gün dünyadan gedən əzizi üçün əza saxlayır. Müsəlmanlar, xüsusilə şiələr 40 mərasimi keçirmək ənənəsinə malikdirlər. Şiələr məsum imamların şəhadətindən sonra onlara Ərbəin saxlayıblar. Amma İmam Hüseynin (ə) Ərbəini qiyamətə qədər davam edəcək bir mərasimdir. Rəvayətdə nəql olunur ki, şiə möminin 5 xüsusiyyəti var: 51 rəktə namaz, Hüseynin (ə) Ərbəin ziyarəti, sağ əldə üzük, torpağa səcdə, bismillahı ucadan demək. 51 rəkət namaz dedikdə 17 rəkət vacib namaz və vacib namazlardakı nöqsanı aradan qaldıran nafilə namazı nəzərdə tutulur. Ərbəin ziyarətnaməsində oxuyuruq ki, İmam Hüseynin (ə) qiyamında iki məqsəd olub. Biri xalqı cəhalətdən qurtarmaq, digəri azğınlığa son qoymaq. İmam Hüseynin (ə) məqsədləri peyğəmbərin məqsədlərindən fərqlənmir. Quran və Nəhcül-bəlağəyə əsasən risalətin bir məqsədi insanlara elm örgətmək, digəri nəfsin paklanması olub. Həzrət Əli (ə) buyurur ki, Allah peyğəmbərin əli ilə xalqı cəhalətdən və azğınlıqdan qurtardı. İlahi rəhbərlər cəmiyyətə sağlam düşüncə və mənəviyyat gətirirlər. Məsumlar buyururlar ki, insanların ən çox bağışlayanı peyğəmbər olub. Peyğəmbər mənəvi süfrə açıb, bəşəriyyəti bu süfrəyə çağırıb. İmam Hüseyn (ə) də eynən peyğəmbər kimi hərəkət edib. Seyidüşşühəda (ə) ilahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca çağırıb. İmam 8 zil-hiccə günü Kəbə zəvvarları arasında buyurdu: "Bu gün bizim qurbangahımız Kərbəla torpağı, ehram libasımız kəfənimizdir. İslamın nicatı üçün canımızı verməliyik. Yalnız Qurbanlığa hazır olanlar mənimlə gəlsin. Mənimlə gedənlərin vətəni liqaullahdır. Zahiri qələbə sorağında olanlar mənə qoşulmasın."
(Faktxeber.com)