21 Noyabr 2024 - 21
Ortaya belə bir sual çıxa bilər ki, qadınlar və yaşlı insanlar bu yürüşdə iştirak edə bilərlərmi? Bu sualın yaranmasına səbəb onların üç gün iki gecəlik yolun hamısını birbaşa qət etməli olduqlarını düşünməkdir. Halbuki bir neçə kilometr getdikdən sonra istirahət etmək olar və bütün yolu birnəfəsə getmək lazım deyil. Üstəlik, 2-3 gün qabaqcadan yola çıxıb daha asan və heç bir çətinliyə düşmədən getmək olar.
Əhli-beytdən (ə) nəql olunmuş hədislərə əsasən, qadın və kişilər Kərbəla ziyarətinə gedərək bu fürsətdən yararlana bilərlər. Ümm-Səid Əhməsiyyə adlı şiə qadın deyir ki, İmam Sadiqin (ə) hüzurunda idim. Kənizim gəlib yola çıxmaq üçün atın hazır olduğunu xəbər verdi. İmam mənə buyurdu: "Atı neyləyirsən? Hansı uzaq yola çıxırsan?" Dedim: "Şəhidlərin qəbrini ziyarət etməyə gedirəm". Həzrət buyurdu: "Siz iraqlılara təəccüb edirəm, şəhidlərin qəbrini ziyarət etmək üçün bu uzaq yolu (İraqdan Mədinəyə) gəlirsiniz, ancaq İmam Hüseynin (ə) ziyarətini tərk edirsiniz". Dedim ki, mən qadınam. İmam buyurdu: "Qadınların Kərbəlaya gedib Hüseyni (ə) ziyarət etmələrinin heç bir eybi yoxdur". Dedim: "Biz qadınların ziyarətinin hansı savabı var?" Həzrət buyurdu: "Sizin Hüseyni (ə) ziyarət etməyiniz bir həcc, bir ümrə, iki ay oruc və Məscidül-həramda etikafın savabına bərabərdir".
Seyid Mahmud Haşimi Dehsorxi