08 May 2024 - 8

08 May 2024 - 8

Kərbəla məktəbindən dərs alan Qarabağ şəhidlərimiz
31.03.2018

Bizim Qarabağ şəhidlərinin arasında da bəziləri var, həyatlarına diqqətlə baxsaq, bunu açıq-aşkar görürük ki, onların çoxu həqiqətən də o şəhidliyə olan arzusundan bu yolu seçiblər. Ən aşağısı vətən sevgisi ki, qayıdır elə o şəhidlik məktəbinə onun üçün şəhid olublar. Məsələn Lənkəran rayonundan şəhid Yalçın var. O əvvəlcə gedir Məşhədə İmam Rzanı (ə) ziyarət edir. Sonra qayıdır hamıyla halallaşır və cəbhəyə üz tutur. Çoxları istəsələr də onu fikrindən döndərə bilmirlər.

Yaxud şəhid Mübariz. Seyid Mübarizin vəsiyyətnaməsi. Düzdür orada peyğəmbərin adını çəkir, amma bilir ki, Kərbəla məktəbi elə peyğəmbərin məktəbidir. Peyğəmbər buyurur: "Hüseyn məndən, mən də Hüseyndənəm". Peyğəmbər özü deyib mənim niyyətim İmam Hüseyn silahdaşlarının yoludur. Peyğəmbərimizin adına yazdığı vəsiyyətnamə ki var, mən cəddim peyğəmbərlə görüşməyə gedirəm, seyyid olaraq bunu etməliyəm. Bu ondan xəbər verir ki, doğrudan da Qarabağda olan şəhidlərimiz öz seçimini Kərbəla məktəbindən ediblər.

Mən bir şəhidin həyatını oxudum. Bir erməni hərbçisinin 2 qızını əsir götürür. Hadisə Naxçıvanda baş verib. O heç bir əsgərə icazə vermir ki, erməni də olsa onların namusuna əl uzadalar. Deyir namus söhbətində başqa söz ola bilməz. 2 erməni qızını qoruyur və sonda azərbaycanlı əsgərlərlə dəyişir. O qızların qarşılığında ermənilər pul da göndərirlər, razı olmur verməyə. Deyir əsgərlərimizi qaytarın biz də bunları verək. Bu onu göstərir ki, doğrudan Kərbəla və İmam Hüseyn (ə) məktəbinə baxanda həqiqətən də bizim Qarabağda vuruşan igid, mərd oğlanlarımız, əqidəli, əxlaqlı, ədəbli insanlar olublar.

Seyid Elman Ağazadə