03 Dekabr 2025 - 3
İraq Daxili İşlər Nazirliyi bu gün Kətbəla şəhərində məzhəb qarşıdurması yaratmaqda ittiham olunan 22 nəfərin həbs edildiyini açıqlayıb.
İraq daxili işlər naziri Qasım əl-Ərəci, "İraq təhlükəsizlik qüvvələri Kərbəla şəhərində məzhəb qarşıdurması təşəbbüskarlarından 22 nəfər həbs etdi", -deyə açıqlama verib.
Nazir, "Bu ölkənin pisliyini istəyənləri təqib edəcəyik", -deyə qeyd edib.
Həbs olunanların sünni müsəlmanlarına qarşı nifrət dolu yazılı lövhə açdıqları və məzhəb qarşıdurması ifadə edən şüarlar səsləndirdikləri bildirilib.
Qeyd edək ki, Ərbəinlə əlaqədar İraqın Kərbəla şəhərinə Hz.Məhəmmədin (s) şəhid edilən nəvəsi İmam Hüseyn əleyhissəlamı ziyarət etmək üçün milyonlarla insan axın edir. Zəvvarların təhlükəsizliyini qorumaq üçün təhlükəsizlik qüvvələri maksimum gücü ilə fəaliyyət göstərir.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto