21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəlada olduğun zamanla bağlı tövsiyələr
09.11.2017

1. Camaat əvvəl İmam Hüseynin (ə) qapısı sayılan həzrət Abbasın (ə) ziyarətinə gedir. Hədisdə isə deyilir ki, İmam Sadiq (ə) əvvəl cəddi Hüseynin (ə) ziyarətinə gedər, sonra əmisi Qəməri-Bəni-Haşimi ziyarət edərdi.

2. Qadınlar mütləq Ərbəin axşamı özlərini məqbərəyə çatdırsınlar. Çünki Ərbəin günü qadınlar üçün nəzərdə tutulmuş giriş qapıları bağlanır.

3. Məqbərəyə daxil olmazdan qabaq fikrə dalaq, sınıq qəlb və yaşlı gözlə içəri girək.

4. Mümkün olsa, məqbərəyə ayaqyalın gedək.

5. Yersiz gülüş və zarafatlarla qəmli Ərbəin mühitini korlamayaq.

6. Unutmayaq ki, ziyarətimiz və İmam Hüseynə (ə) təvəssülümüz məhz Allaha yaxınlaşmaq məqsədi daşıyır.

7. Gündəlik vacib namazlarımızı ilk vaxtında qılaq. Bu namazlar digər işlərimizdən önəmlidir. Bizim əsas vəzifəmiz budur və İmam Hüseyn (ə) də namaz yolunda şəhid oldu.

8. Kərbəlada qeybdə olan imamımız həzrət Sahibəzzamanın (ə) tərəfindən də ziyarət edək, o həzrətin salamatlığı və zühurunun tezləşməsi üçün çoxlu dua edək.

9. Hər gün sübh namazını qıldıqdan sonra iki rəkət namaz qılıb həzrət Mehdiyə (ə) təvəssül edək.

10. Mübarək günbəzin altında boynumuzda hər hansı haqqı olanları, imamları (ə), xüsusilə də həzrət Sahibəzzamanı (ə), dostlarımızı, onların ailələrini dua etməyi unutmayaq.

12. Övliyalar və Allah dərgahına yaxın şəxslər tərəfindən ziyarət edək, şəhidlərimizi, təqlid müctəhidlərimizi, din rəhbərlərini yaddan çıxarmayaq.

13. Cümə axşamı və sübh namazından əvvəl ziyarət səadətini əldən verməyək.

14. İmam Hüseynin (ə) günbəzinin altında bütün dualar qəbul olur. Buna əminliklə dua edək.

15. Heç kim İmam Hüseynin (ə) məqbərəsindən əliboş geri qayıtmır. Bu barədə düşünmək belə lazım deyil. Üstəlik, ağıl və məntiq baxımından da həzrətin məqbərəsindən əliboş qayıtmaq qeyri-mümkündür və indiyə kimi belə bir şey olmayıb. Biz həzrətin sarbanından da pis deyilik ki. (Hansı ki imam onu da əliboş qaytarmadı). Deməli, imamın hüzuruna ümidlə getməliyik.