21 Noyabr 2024 - 21
Şeyx Tusi "Misbah əl-mütəhəccid" kitabında yazır: "Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir. İmam Sadiqdən (ə) nəql olunmuş ziyarətnamə Ərbəin ziyarətnaməsidir".
İmam Həsən Əskəri (ə) buyurmuşdur: "Möminin beş əlaməti vardır:
1. Hər gün əlli bir rəkət (on yeddi rəkət vacib, otuz dörd rəkət nafilə) namaz qılmaq;
2. Sağ ələ üzük taxmaq;
3. Səcdədə alını torpağa qoymaq;
4. "Bismillahir-Rəhmanir-Rəhim"i ucadan demək;
5. Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq .
Ayətullah Cavadi bu hədisəyə istinad edərək buyurur: "Ərbəin ziyarəti vacib və müstəhəb namazların sırasında vurğulanmışdır. Namaz dinin sütunu olduğu kimi, Ərbəin ziyarəti və Kərbəla hadisəsi də vilayətin sütunudur".
Seyid Mahmud Haşimi Dehsorxi