03 Dekabr 2025 - 3
İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Kərbəla Araşdırmalar Mərkəzi elan edib ki, O həzrətin Məkkədən Kərbəlaya getdiyi yolun üzərində bəzi tarixi əsərlər tapılıb.
Mərkəzin direktoru Əbdüləmir Qureyşi deyib ki, araşdırma komitəsi İmam Hüseynin (ə) bu yolda dayandığı yerləri araşdırır və bu sahədə yeni tarixi abidələr tapıb ki, O həzrətin Kərbəlaya getdiyi yolu daha dəqiq müəyyənləşdirir. "Bizim araşdırmalar səhrada aparılıb. Elmi texnologiyalar vasitəsilə aparılan araşdırma zamanı Nəcəfdən – Kərbəlaya gedən istiqamətdə Ər-Rahimə bölgəsini müəyyənləşdirmişik."
O qeyd edib ki, bu layihə çərçivəsində əldə edəcəyimiz nailiyyətlər haqqında məlumatlar Kərbəla ensklopediyasında nəşr olunacaq.
Ə.Qureyşi deyib ki, hazırda araşdırmalar İmamın (ə) İraq sərhədləri daxilində Məkkədən Kərbəlaya gedən yolda dayanıb istirahət etdiyi yerlərinmüəyyənləşdirməsi istiqamətində aparırılır. "Bu yerlərin bəzisi ilk dəfədir tapılır və indiyədək tarixi mənbələrdə adları keçməyib. Gələcəkdə tapılan yerlər İmam Hüseyn (ə) aşiqləri və zəvvarları üçün ziyarətgaha çevrilə bilər"
/hawzahnews/maide.az/
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto