24 Noyabr 2024 - 24
Son illər inkişaf edən Türkiyə film sənayesi dünyada böyük marağa səbəb olacaq yeni bir layihəyə hazırlaşır.
İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) nəvəsi və Əhlibeyt imamı olan həzrət Hüseynin Kərbəlada şəhid edilməsi ilə bağlı film çəkiləcək.
Filmdə "Hollywood"un iki məşhur aktyoru olan Mel Gibson və Morqan Frimanın da rol alacağı gözlənilir.
Əhməd Turqutun "Eşqin Şəhidi" adlı romanındakı motivlər əsasında çəkiləcək filmin rejissoru Ərhan Baytimur olacaq. "Yaxın Şərq Film Şirkəti" tərəfindən həyata keçiriləcək layihə barəsində Mel Gibson ilə danışıqların davam etdiyi vurğulanır.
Mel Gibsonun filmdə Yezidin ordu komandiri olarkən Kərbəlada İmam Hüseynin (ə) yanına keçən Hürr ibn Yezidi canlandıracağı bildirilir.
Filmin digər aktyoru olacaq Oskar mükafatlı Morqan Frimanın filmdə Şəmunu (Yezidə tez-tez xəbərdarlıq edən şəxs) canlandıracağı diqqətə çatdırılıb.
"Bu böyük layihə üçün Mel Gibson ilə görüşlər başladı və müsbət cavab ala bilsək Mel Gibsonun müsəlman olma iddialarından sonra ilk filmi "Kərbəla" olacaq. Filmin digər bir ulduz üzvü isə Morqan Frimanın olması düşünülür.
"Kərbəla" filmi bir ovuc məzlum Peyğəmbər (s) xanədanının minlərlə əsgər tərəfindən mühasirə edilməsini, xeyrin şərə qalib gəlməsini özündə əks etdirəcək", deyə şirkətdən bildirilir.
Filmin çəkilişlərinə noyabr ayında başlanılacağı və məkan olaraq Mərakeş çöllərində filmin çəkiləcəyi qeyd olunur.
Kerbela.info