09 May 2024 - 9

09 May 2024 - 9

Qarabağ şəhidinin jurnalist övladından İmam Hüseyn şəhidliyi haqda
01.05.2018

İslam tarixində şəhidlik məqamının ən yüksək dərəcəsinə çatmış həzrət İmam Hüseynə (ə) və onun haqq uğrunda mübarizəsinə bütün dövrlərin filosof və aydınları biganə qalmamışlar. Ölkəmizin ziyalı ictimaiyyətinin bir çox nümayəndələri də zaman-zaman bu şəhadət məktəbi ilə bağlı fikir və emosiyalarını ifadə etməklə bəşəriyyətin haqq və azadlıq dəyərlərinə qarşı vicdan borcunu yerinə yetirir. Müasir dövr Azərbaycan jurnalistikasında istedadlı qələmi ilə tanınmış Zaur Əhməd də bu günlərdə sözügedən tarixi məqama toxunmuşdur.

Zaur Əhməd: "Mətləbə keçməzdən əvvəl qeyd edim ki, hər kəsin öz fikri, öz yanaşması, öz doğruları var. Kim ki, öz mövqeyinə hörmət edirsə, qarşı tərəfə də sayğı ilə yanaşmalıdır.

Aşuraya, İmam Hüseynə və onun tərəfdarlarına fərqli münasibətlər var. Bu, normaldır. Mən Aşuraya, İmam Hüseynə və onun tərəfdarlarına hər zaman sayğıyla yanaşmışam. Hərənin öz səbəbi var. İmam Hüseyn və onun tərəfdarları haqq-ədalət uğrunda savaşıblar. Bu savaşda qarşı tərəfin dəfələrlə güclü olduğunu və bu savaşın sonunda ölüm olduğunu anlayaraq geri çəkilməyiblər, başqa yola sapmayıblar. Bəlkə də o savaş olmasaydı, bu gün haqq uğrunda ölümünə savaşan olmazdı. Bəlkə də fərqli düşünənlər var, amma belə qəbul edirəm.

Odur ki, haqq yolunda sonunda ölüm olduğunu anlayaraq savaşanlar hər zaman sayğını haqq edirlər. Elə İmam Hüseynə və onun tərəfdarlarının əsrlər boyu sayğı ilə anılmasının kökündə bu amil dayanır."

Qeyd edək ki, Zaur Əhməd 1994, 11 apreldə Agdamın Güllücə-Papravənd kəndində qəhrəmancasına şəhid olmuş Məmmədov Əhməd Teymur oğlunun övladıdır.

Hazırda MİA.az saytının baş redaktoru, Reytniq qəzetinin redaktorudur.

/birlik.az/