21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əhli-beytin (ə) Kərbəla ziyarətçisinə duaları
14.11.2017

Əhli-beyt (ə) imamları Kərbəla ziyarətçiləri üçün çoxlu dualar etmişlər.

İmam Sadiq (ə) buyurur:
"İstəyirsinizmi İmam Hüseyni (ə) ziyarət etməklə Məhəmmədin (s), Əlinin (ə), Fatimənin (ə) və digər imamların (ə) dua etdiyi şəxslərin sırasına daxil olasınız? İlahi, İmam Hüseyni (ə) ziyarət edənləri bağışla!

Onlar bizə yaxşılıq etmək və sevgilərini bildirmək üçün, habelə Sənin vəd etdiyin savaba nail olmaq ümüdi ilə öz mallarını (ziyarət səfərinə) xərcləyir və bədənlərini əziyyətə salırlar. Onlar bununla bizim əmrimizi yerinə yetirib Sənin Peyğəmbərini (s) sevindirir, düşmənlərimizi narahat edirlər. Onlar bununla Səni razı salmaq istəyirlər. Bizə görə Sən də onlardan razı ol!

Onları gecə-gündüz qoru!

Arxada buraxdıqları ailə və övladlarını ən gözəl şəkildə qoru!

Onları hər bir inadkar zalımın, hər bir zəif və güclü şəxsin şərindən uzaq saxla!

Onları insan və cinlərdən olan şeytanların şərindən qoru!

Vətənlərini tərk etdiklərinə, bizi övladlarından, ailələrindən və yaxınlarından üstün tutduqlarına görə Səndən umduqlarınının ən yaxşısını onlara bəxş et!

Öz seçdiklərindən daha üstününü onlara bəxş et!

Bizə olan sevgilərinə görə günəşin dəyişdiyi üzlərə rəhm et!

Əbu Abdullah Hüseynin (ə) qəbrinə qoyulan yanaqlara rəhmət et!

Bizə ağlayan gözlərə rəhmət et!

Bizə görə qəmlənən və yanan ürəklərə rəhmət et!

Bizə görə ucalan ah-nalələrə rəhm et!"

"Səvab əl-əmal"
"Tərcümeyi-Kamil əz-ziyarat"