21 Noyabr 2024 - 21
Peyğəmbərlər və mələklər İmam Hüseyni ziyarıt etmək üçün Allahdan icazə alarlar. İmam Səccad (ə) buyurur ki, kim istəyirsə 124 min peyğəmbər onunla görüşə "Nimeyi-Şəban" gecəsində İmam Hüseynin ziarətinə getsin. İmam buyurur: "Mələklər və nəbilərin ruhları Allahdan icazə alırlar ki, İmam Hüseyni ziyarət etsinlər. Və onlara icazə verilər. Xoş o kəslərin halına ki, onlarla görüşə və onlarda onunla görüşür". Onlardan beşi "ulu-əzm" peyğəmbərləridir. Həzrət Nuh, həzrət İbrahim, həzrət Musa, həzrət İsa və həzrət Muhəmməd.
İmam Sadiq buyurur ki, İmam Hüseyn çətinlik və qəm içində qətlə yetirildi. Allah-təalaya vacibdir ki, hər bir çətinliyi olan bir nəfər ki, İmam Hüseynin ziyarətinə gedə şad və sevincli qayıdar. Yəni hər qəmi və müşkülü olan o ziyarətdən şad məsrur və sevincli halda qayıdar.
İlqar İbrahimoglu