03 Dekabr 2025 - 3
Məhəmməd ibn Müslim İmam Baqirdən (ə) belə nəql edir: "Şiələrimizə göstəriş verin ki, İmam Hüseynin (ə) qəbrini ziyarət etsinlər. Çünki onun imamətini təsdiqləyən hər bir mömin üçün bu ziyarət vacibdir." ("Kamiluz-ziyarat", 121; "Cameul-əxbar", 23)
İmam Sadiq (ə) buyurur: "Allah Onun yolunda Hüseyni (ə) ziyarət edəni cəhənnəm odundan qurtarar, böyük qorxu günü ona aman verər. Hüseyni (ə) ziyarət edən dünya və axirətdə nə istəsə Allah ona əta edər." ("Kamiluz-ziyarat", 145, bab 54, hədis 7)
İmam başqa bir məqamda buyurur: "Hüseyni (ə) ziyarət etmədən dünyasını dəyişən din və iman baxımından nöqsanlıdır. Belə bir şəxs behiştə daxil olsa, dərəcəsi bütün iman əhlindən aşağı olar." ("Kamiluz-ziyarat", 193, bab 78, hədis 2)
İmam Rza (ə) buyurur: "Kərbəlada Hüseynin (ə) qəbrini ziyarət edən insan sanki ərşin fövqündə Allahı ziyarət etmişdir." ("Səvabibul-əmal və iqabul-əmal", 85)
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto