03 Dekabr 2025 - 3
İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminin dəstəyi ilə xərçəng xəstəliyinin müalicəsi məqsədilə onkoloji mərkəz tikilir.
"Xeyratul-Sibtəyn" şirkətinin mühəndisi Məhəmməd Tahir deyib ki, hazırda mərkəzin tikinti işlərinin 60 faizi yekunlaşıb. "Onkoloji mərkəz dünyanın ən yeni və ən yaxşı tibb avadanlıqları ilə təchiz olunacaq."
O bildiirb ki, onkoloji mərkəz 3 hektar ərazidə tikilir. "Mərkəz 3 ayrı binadan ibarətdir. 1-ci binada topikal radioterapiya, kemoterapiya, şüa diaqnozu, təcili yardım xidməti, əczaçılıq və laboratoriya xidmətləri göstəriləcək. 2-ci binada tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulub, eləcədə bu binada kilinklər yerləşəcək. 3 –cü bina 4 mərtəbəli binadır ki, orada xəstələrin yerləşdirimləsi və müalicəsi nəzərdə tutulur."
Qeyd edək ki, İmam Hüseynin (ə) hərəmi bir çox tibb mərkəzi və xəstəxana tikib ki, onlardan Xatəmül-Ənbiya (s) adına ürək və damar xəstəlikləri xəstəxanasını, İmam Zeynəl-abdin (ə) adına xəstəxana və digərlərini göstərmək olar.
/Maide.Az/imamhussain.org/
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto