22 Noyabr 2024 - 22
Hər il müqəddəs Kərbəla şəhərinə zəvvar axınının mütəmadi olaraq artması səbəbilə İmam Hüseyn (ə) ziyarətgahı kompleksin ərazisini genişləndirmək və zəvvar sıxlığını azaltmaq üçün yeni genişləndirici layihələrin icrasına başlayıb.
"Ərzül-Qüds" şirkətinin mühəndisi Salam Sədunun sözlərinə görə, ziyarətçi və zəvvarların daha geniş sahə ilə təmin olunması üçün yeni zalların inşası strateji əhəmiyyətlidir və belə zalların inşası ziyarətgaha heç də baha başa gəlməyəcək. Belə ki, bu zallar məqbərə kompleksinin biləvasitə altında inşa edilməkdədir və bu səbəblə əlavə torpaq sahəsinin alınmasına gərək qalmayacaq.
Nəticə etibarilə İmam Hüseyn (ə) ziyarətgahının ərazisinə daha iki zal əlavə olunub və bu zalların hər biri təxminən 1000 nəfər zəvvar tutumuna malikdir.
Ərra zalı inşa edilməkdə olan yeni layihələrdən biridir. Onun sahəsi 820 kvadrat metrdir və 1000 nəfərlik zəvvar tutumuna malikdir. Zal ən müasir mebel və avadanlıqlarla təmin olunacaq ki, bununla zəvvarlar üçün ən münasib atmosfer yaradılmış olacaq.
Imamhussein.org/Kerbela.info