22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Autizm xəstələri İmam Hüseyn (ə) ziyarətgahında müalicə olunacaq-Foto
21.06.2018

Son illər İraqda autizmdən əziyyət çəkənlərin sayının artması ilə əlaqədar İmam Hüseyn (ə) ziyarətgah kompleksinin nəzdində Autizm Müalicə Mərkəzi təsis edilib.

Mərkəz üç əsas korpusdan ibarətdir. Bu binalarda fizioterapiya palatası, həkimlər üçün yaşayış kompleksi və restoran fəaliyyət göstərir. Mərkəzin direktoru Kərim Əvadın sözlərinə görə, bu mərkəz tam olaraq beynəlxalq standartlar əsasında inşa edilib, buradakı palatalar müasir avadanlıqlarla təchiz edilib. Layihə ümumilikdə 9 min kv.m ərazini əhatə edir və artıq tamamlama işlərinin 80 faizi yerinə yetirilib.

Məlumata görə, İraqda İmam Hüseynin (ə) müqəddəs ziyarətgah kompleksinin nəzdində autizm xəstələrinin müalicəsi üçün indiyədək doqquz institut təsis edilib, həmçinin ABŞ-ın nüfuzlu universitetlərinin aparıcı mütəxəssisləri dəvət olunaraq yerli tibb personalı üçün təlimlər təşkil edilib.

Bildirək ki, Kembric Universitetinin araşdırmasına əsasən son illər İraqda 5-11 yaş arası uşaqlar arasında autizmdən əziyyət çəkənlərin sayı 10 mindən 75 min nəfərədək artıb.

imamhussain.org