21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn ziyarətgahı yetim uşaqlara tibbi xidmət göstərəcək
19.07.2018

İmam Rza Xeyriyyə Fondunun nəzdində fəaliyyət göstərən İmam Hüseyn Tibb Kompleksi yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlara pulsuz tibbi yardım göstərmək üçün təşəbbüsə start verib. Xeyriyyə aksiyası Kərbəla şəhərində yerləşən İmam Hüseyn ziyarətgah kompleksinin nəzdindəki Seyyidə Rüqəyyə uşaq bağçasında həyata keçiriləcək.

"Təşəbbüs yetim uşaqlara tibbi və stamatoloji xidmət göstərmək üçün irəli sürülüb. Aksiya çərçivəsində uşaqların dişləri müayinə ediləcək və etiyac duyularsa, müalicə işləri görüləcək. ", - deyə stamatoloq Samin Sahib ziyarətgahın rəsmi internet səhifəsinə müsahibəsində bildirib. O, həmçinin qeyd edib ki, yetim uşaqlara qayğı layihələri il boyunca davam etdirilir.

Bildirək ki, İmam Rza Xeyriyyə Fondu Kərbəla Ali Dini Rəhbərliyinin nümayəndəsinin tabeçiliyi altında fəaliyyət göstərən xeyriyyə təşkilatlarından biridir. Fond Seyyidə Rüqəyyə və Əli Əsgər adına ibtidai, eləcə də orta təhsil müəssisələrindəki yetim uşaqlar üçün qayğı və dəstək layihələri həyata keçirir.

imamhussain.org