21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseyn və sosial bərabərlik
25.07.2018

Həyatı boyunca İmam Hüseyn (ə) irqi və dini fərqlərə baxmadan insanların şərəf, ləyaqət və bərabərlik hissinə yüksək hörmət nümayiş etdirib. O baxmırdı, cəmiyyət bu insanları qul, yaxud azad insan, varlı, yaxud kasıb kimi qəbul edir, hətta insanları dini etiqadlarına görə də fərqləndirmirdi.

Onun bu xüsusiyyəti qarşı çıxdığı zalımların rəftar tərzi ilə ziddiyyət təşkil edirdi. Bu zalım liderlər çalışırdılar ki, ictimai təbəqələşməyə əsaslanan bir cəmiyyətqursunlar və kasıb kütləni təzyiq altında saxlamaqla azsaylı elit təbəqəni dəstəkləsinlər. Onların bu elit icması eyni tayfadan və ya millətdən ibarət olmalı idi.

Lakin biz görürük ki, İmam Hüseynin (ə) səhabələri arasında müxtəlif tarixçələrə və həyat tərzlərinə malik insanlar var idi. Xeyli insan ona qoşulmaqda idi, çünki görürdülər ki, onun mövqeyi haqyönümlü idi.

İmam Hüseynin (ə) səhabələri arasında Türkiyədən, Qafqazdan və hətta Afrikadan olan şəxslər var idi. Onların arasında qadınlar, kişilər, varlılar və kasıblar var idi. Hətta fərqli dini etiqad daşıyıcısı olan insanlar da onun mübarizəsini və hədəflərini gördükləri zaman ona qoşulurdular.

Bu gün İmam Hüseynin (ə) adı insan bərabərliyinin və ləyaqətinin simvolu kimi xatırlanmaqda davam edir və bu şüarlar uğrunda mübarizə aparan hər bir insan İmam Hüseynin (ə) adını xatırlayır.

Qeyd edək ki, Aminə İnlus əslən Kaliforniyanın İrvin şəhərindəndir. Eqzeter Universitetində islami elmlər üzrə alimlik dərəcəsi alıb. Müdafiə etdiyi mövzu Qurani-kərimdə adları keçən İslamdan əvvəl yaşamış qadınlar barədədir. Hazırda Böyük Britaniyada yaşayan xanım İnlus London İslam Kollecinin Tədqiqat və Nəşriyyat Departamentində çalışır və İslami elmlərin tədrisi proqramı üzrə magistr proqramının rəhbəridir, həmçinin müxtəlif islami mövzular üzrə beş kitabın müəllifidir.


Kerbela.info