03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Aşura prizmasında məğlubiyyət və qələbə anlayışı
26.07.2018

Bu anlayışı bir təhlil etmək lazımdır. Əgər zahiri nöqteyi-nəzərdən hansı bir müharibə və döyüş məqamında bir tərəfin fərdlərinin vurulması və digər tərəfin üstünlük təşkil etməsini bu cür ölçsək bəli, İmam Hüseynin qiyamı Kərbəlada məğlubiyyətlə nəticələndi. Əslində isə heç kim bu cür dəyərləndirmir. Hamı bu cür dəyərləndirir ki, bu qiyamda hədəfə çatılıb ya yox? Bu hədəf əgər yerinə yetibsə, bu hədəf əgər özünü doğrulubsa deməli burada qalib olan tərəf zahirən məğlub olsa da, zahirən siyasi tərəfdən süquta yetmiş kimi hallansa da, qalib bu şəxsdir. Çünki o hədəf ki, bu istəyirdi ona çatsın, o hədəfə həqiqətən çatıldı. Bizlər İmam Hüseyni (ə) heç bir zaman məğlub təqdim edə bilmərik. Zahirdə İmam Hüseynin özü ilə bərabər tərəfdarlarının faciəvi bir şəkildə qətlinin şahidi oluruq. Amma biz bu hadisəni təhlil edəndə İmam Hüseynin hansı məqsədləri qarşısına qoyduğunu və bu məqsədlər özünü doğrultdumu ya yox, bəli İmam Hüseynin o döyüşdən qalib kimi çıxdığını görürük.

İmam Hüseyn (ə) istəyirdi İslam yaşasın, İmam Hüseyn istəyirdi ki, əsl İslam özündə sonrakı nəsillərə gəlib çıxsın və hamı əməvi xanədanının həqiqi simasını tanısın. Deməli, İmam Hüseynin əslində qiyamı tarix boyu insanlar üçün bir örnək oldu.

Rövşən Abdullaoğlu