22 Noyabr 2024 - 22
Kərbəlanın bizlərə aşıladığı əsas vəzifə, könül qapılarımızı sona qədər açmaqdır. "Qəlblərimizi Kərbəla səhrasına çevirək. Hər il məhərrəm ayının onuncu günü gələndə, qəlbimdə Kərbəla hadisəsinin kədəri və Əhli-beyt məhəbbətini daşıyan hamı kədərlənir. Bu ağrı dünyanın dörd tərəfində məzhəbindən, xislətindən, irqindən, rəngindən və məkanından aslı olmayaraq hər bir inanclını qüssə və kədərə boğur. Kərbəlada amansızcasına şəhid edilən həzrət Hüseyn və dostlarının, bu hadisədə mübarizəsi və zülm qarşısında şərəfli dayanışı, bütün möminlərin qəlbində taxt qurub. Ona və ailəsinə bu zülmü rəva görənlər isə müsəlmanların ortaq vicdanında məhkum olmuşdur."
Kərbəlanı anlamaq, Hüseyn kimi yaşamaq, uğrunda can verdiyi ədaləti və mərhəməti düzgün başa düşmək deməkdir. Kərbəla, haqsızlıq qarşısında müqavimət göstərməkdir. Kərbəla, eyni zamanda gələcəyi inşa edən bir məktəbdir. Məzhəbi, xisləti nə olursa olsun hər kəsin bu məktəbdən alacağı dərslər var. Bu məktəbin ən böyük müəllimi şübhəsiz, həzrət Hüseyndir. Bunu hamı bilsin ki, həzrət Hüseyn və dostlarının uğrunda can verdikləri yol, həzrət Məhəmməd Mustafanın yoludur. Minada oxuduğu xütbəsində "Allahım mənim şəhadətimi ümmətin vəhdətinə vəsilə et" duasını heç vaxt unutmamalıyıq.
Bu gün Kərbəlada şəhid olanların hansı ülvi dəyərlər uğrunda can verdiklərini düşündüyümüz qədər, onları qətlə yetirən Yezidin rəzil əməlləri olduğunuda bilməliyik. Yezidin Allahın ayələrini necə dəyişdirdiyini, Peyğəmbərə hansı böhtanları atdıqlarını da yenidən nəzərdən keçirməyimiz lazımdır.
Mehmet Görmez (Türkiyə Dini Komitəsinin keçmiş sədri)