23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) "Beyət" etməməsinin əsas səbəbi
28.11.2017

İmam öldürülməyə razı idi, amma heç bir vəchlə beyətə razı deyildi. İmamın bu baxımdan vəzifəsi yanlız imtina etmək idi. Bu vəzifəni ölkədən çıxmaqla, (İbn Abbasın təklif etdiyi kimi) dağ-dərəyə sığınmaqla, hətta gizlənməklədə yerinə yetirə bilərdi. Başqa sözlə desək imamın bu baxımdan metodu hər hansı bir formada, lap ölkədən çıxmaq, hətta öldürülmək sərhəddinə çatmaq bahasına a olsa tabe olmaq mənasında bir şey deyil.

İmamın beyət istəmək amili muqabilindəki üslubu hakimiyyəti əldə etmək imkanına malik olmaqla və hətta öldürülməklə də məhdudlaşmır, lakin (bu üslub) inqilaba vüsət vermək, dəvəti genişləndirmək və s. Kimi heç bir mübət vəzifəni də yaratmır. (Çünki) başqalarının qanının tökülməsinin qarşısını almaq lazım gəlir. Bu nöqteyi-nəzərdən imam yalnız "yox" deməlidir.

O dövrdə İmamın beyət etməsi şübhəsiz ciddi və öz razılığı ilə olubmuş kimi qəbul ediləcəkdi və sözün həqiqi mənasında bu, Yəzidin xilafətinin doğruluğunu imzalamaq demək idi. İmamın heç bir vəchlə beyətə razı olmamasına dair əldə bir sıra dəlillər mövcuddur. Salehi Xərəzminin "Məqtəl"indən nəql edir ki, İmam Məhəmməd ibn Hənəfiyyə ilə olan müzakirələrində buyurdu: "Əgər dünyada heç bir sığınacaq yer qalmasa belə (mən) yenə də Yezid ibn Müaviyyəyə beyət etməyəcəm.


Şəhid Mürtəza Mütəhhəri