21 Noyabr 2024 - 21
Məni sərgəştə heyran eyləyən şah,
Könül şəhrində seyran eyləyən şah.
Məni rüsva edüb saldın cəhanə,
Didəmni zarü giryan eyləyən şah.
Müsəxxər eyləyən cümlə cəhanı,
Yezid qövmin müsəlman eyləyən şah.
Özü bülbül оlub gülzarə gəzdi,
Mən daşxaruda zar eyləyən şah.
Ənəlhəq çağuran Mənsur dilində,
Yenə Mənsuri bərdar eyləyən şah.
Həsən ilə Hüseyni Kərbəladə
Yəzid əlilə qurban eyləyən şah.
Çıxaran Yusifi çahi-bəladən,
Misir təxtində sultan eyləyən şah.
Günəş tək zahir оlmuşdur gözündə,
Cahan bağın gülüstan eyləyən şah.
Xətasız yüzlərlə yüzigünəşdir,
Yenə günəşi pünhan eyləyən şah.
Xətayi səndən əfğan edəsidir,
Həşr günündə divan eyləyən şah.
Şah İsmayıl Xətai