21 Noyabr 2024 - 21
Məşhur rəvayətçilərdən olan İbn Qövləviyyə "Kamiluz-Ziyarət" kitabında deyir: "İmam Sadiq (ə) buurub: Günlərin birində Əli (ə) bir dəstə adamla səfər əsnasında Kərbəlaya çatdıqları zaman Əmirəlmöminin Əli (ə) özünü hamıdan əvvəl o yerə çatdırıb buyurdu: Bu torpaqda iki yüz Peyğəmbər (s.s.s.v.), iki yüz Peyğəmbər canişini və onların iki yüz nəvəsi şəhid olmuşlar. Sonra Həzrət bu sözləri zəmzəmə edərək öz atı ilə ətrafı gəzirdi: Bu yer at çaparların mənzili və şəhidlərin qurbangahıdır. Bu dünyada onlar kimisi tapılmaz: Həmçinin, müqəddəs Nəcəf torpağında Adəm (ə), Nuh (ə), Hud (ə), və Saleh (ə) kimi Allahu-Təala (c.c.) elçiləri dəfn olunmuşdur.
Əlbəttə, Kərbəla torpağının tarixi barəsində məlumatlar çox azdır. Müqəddəs Kərbəla torpağında baş vermiş hadisələr İmam Zaman (ə)-ın zühurundan sonra aydınlaşacaq.
"İmam Hüseyn (ə) məktəbi" kitabçasından