22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəla məktəbində ixlas
10.08.2018

Kərbəla məktəbində təbliğ etmək böyük və istisna bir fürsətdir. Bu şəhidlər ağası həzrət Əba Əbdillahil-Hüseyn (ə) və onunla birgə şəhid olanların pak qanlarnın bərəkətlərindəndir. Nahaq tökülmüş qanların tarixdə əbədi izi və təsiri qalmışdır. Çünki şəhid bir kəsdir ki, öz canını ixlas tabağına qoyub dinin ali hədəflərinə təqdim edir və bu, səfa və sidqdən irəli gəlir. İkiüzlü və yalançı insan, dildə özünü haqq tərəfdarı göstərməyə çalışsada, şəxsi mənfəətlər ortaya çıxdıqda məxsusən öz canı, əzizlərinin canı meydana çıxdıqda geri çəkilir və bunları fəda etməyə hazır olmur. O kəs ki, fədakarlıq meydanına qədəm qoyur və xalisanə öz canının Allah yolunda fəda edir, Allah Mütəal belələrini əbədi yaşatmağı öhdəsinə götürmüşdür.

“Allah yolunda öldürülənlərə ölü deməyin.....” (Bəqərə surəsi, 154) , “Allah yolunda öldürülənləri əsla ölü zənn etməyin.... ” (Ali –İmran surəsi, 169). Onlar diri qalacaqlar, onların diri qalmalarının nişanələrindən biri, onların izləri, onların əsərləri, əlamətləri və bayraqları heç vaxt yatmayacaq. Mümkündür bir neçə vaxt qəddarlıqla, zorla və zülmkar qüdrətlərin müdaxiləsi ilə bu nişanə və əsərlərin təsirini bir az solğun etsinlər. Amma Allah Mütəalın sünnəti bunadır ki, pak insanların, ixlaslı bəndələrin yolu əbədi yaşayacaq və qalacaq. İxlas qeyri-adi bir şeydir. Hüseyn ibn Əliyə (ə), o həzrətin və onun əshabının nahaq tökülən qanlarının bərəkətinə görədir ki, din bütün aləmdə əbədi qaldı.

Ayətullah Xamenei