22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəla hadisəsi ilə bağlı İmam Səccaddan (ə) bir hekayə!
29.11.2017

İmam Zeynul-Abidin (ə) Kərbəla hadisəsindən sonra ömrünün sonuna kimi həmin hadisələri xatırlayaraq ağladı, hətta göz yaşları o həzrətin yeməyinə qarışardı. Hər bir hadisəni bəhanə edib Kərbəlanı xatırlayır və xatırladardı. Amma yazacağım hekayə çox ağırdır və yalnız dərk əhli və qəlbi Əhli-beyt (ə) sevgisilə dolu olan insan onu başa düşə bilər. Necə ki, Müfəzzəl deyir ki, İmam Sadiq (ə) bu sözü çox buyurardı: "Bizim sözlərimiz o qədər çətin və ağırdır ki, müqərrəb mələklər, mürsəl peyğəmbərlər, ya Allah qəlbini imanla sınaqdan çıxarmış möminlərdən başqa heç kim ona təhəmmül edə bilməz". ("Əl-kafi", c.1, səh. 401)


Mərhum Əllamə Mircahani yazır:
Hədisdə gəlmişdir ki, Kərbəla hadisəsindən sonra Mədinə şəhərində şiələrdən biri izdivac məclisi təşkil etmişdi və həzrət Zeynül-Abidindən (ə) xahiş etdilər ki, məclisdə iştirak edərək, məclisi zinətləndirsin. Lakin İmam (ə) (Kərbəla hadisəsinə görə hüzünlü olduğu üçün) məclisə getməkdən boyun qaçırırdı. Çox isrardan sonra İmam (ə) onlara buyurdu ki, əgər məclisdə atam Seyyidüş-şühədanın (ə) müsibətindən mərsiyə oxumaq üçün rövzəxan gətirsəniz, sizin dəvətinizi qəbul edərəm. İmamın (ə) şərti qəbul edildikdən sonra İmam (ə) məclisdə iştirak etdi. Məclis başladıqdan sonra mərsiyyə oxundu, İmam (ə) və digər qonaqlar İmam Hüseynin (ə) müsibətlərinə çox ağladılar. Məclis qurtardıqdan sonra qonaqlar evlərinə yollandılar. Bu zaman məclisin sahibi görür ki, İmam Səccad (ə) qapının ağzında dayanıb və qonaqların ayaqları qarşısında onların ayaqqabılarını cütləyir.

"Hamid Fədəvi Ərdistani, "Əl-buka lil-Huseyn (ə)", səh. 430."

/ahlibeyt.ge/