23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynə (ə) xüsusi qiyam göstəriş verilmişdimi?
29.11.2017

"Aşura tarixinin araşdırılması" əsərinin müqəddimələrində deyilir: "Kafi" kitabında Zureys Kinanidən gələn və çox mötəbər bir sənədə əsaslanan doğru bir hədis vardır və orada deyilir: Humran ibn Əyən Şeybani İmam Baqirə (ə) dedi: Sizə qurban olum, Əmirəl-mömininin (ə) və Həsəneynin (ə) həyatında baş verənləri mülahizə edirsinizmi? Onların xüruc etmələri, hərəkatları, Allah yolunda cihad etmələri və düçar olduqları müsibətləri görürsünüzmü? Zalımların əli ilə öldürülmələri, məğlubiyyətləri?! Onların başına nələr gəldi və sonda öldürüldülər və məğlub oldular?!

Həzrət buyurdu: Baş verənlər əlbəttə ki, Allah-Təalanın onlar üçün təyin etdiyi müqəddərat idi, özü hökm etmiş, imza qoymuş və qəti qərar qəbul etmişdi. Sonra da onu icra etdi. Əli (ə), Həsən (ə) və Hüseynin (ə) qiyamı Rəsulallahdan onlara yetişmiş bilgi və göstərişə əsasən idi. Eyni zamanda sükut edən hər bir imamın sükutu bilgi və göstərişə əsasən idi.

Şəhid Mürtəza Mütəhhəri