21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kufəlilər nə üçün İmam Hüseynə xəyanət etdilər?
15.08.2018

Sual: Nə üçün Kufəlilər İmam Hüseyni (ə) böyük eşq və izdihamla Kufəyə dəvət edərək ona xəyanət edib, onun əleyhinə çıxdılar?

Cavab: Bu suala cavab verməzdən öncə onu iki geniş suala bölürük. Birincisi budur ki, "Kufəlilərin İmam Hüseyni Kufəyə dəvət etməkdə məqsədləri nə idi?

İkinci sualımız da bundan ibarətdir ki, "Abdullah ibni Ziyad imamın qiyamını yatırdmaq üçün, hamısı alətlərdən, vasitələrdən bəhrələndi"?

Hər şeydən öncə gərək, imamın Kufəyə nə zaman dəvət olunmasına diqqət edək.

Hicrətin 60- cı ili, Ramazan ayının onundan Kufəlilər tərəfindən imama dəvət məktubu yazılmağa başladı. Bunu da qeyd edək ki, artıq imam o zaman Məkkə şəhərində sakin idi. Qeyd etdiyimiz tarix etibarı ilə imama gün ərzində çoxlu sayda məktublar gəliridi. Demək olar ki, bu məktubların sayı, gün ərzində 600- 700 ədədə çatdırdı. Bu minvalla çox az bir vaxtda bu məktubların sayı on iki min ədədə çatır.

Məktubu yazanların şəxsiyyətləri barəsində, dəqiq tarixi araşdırmalarapardıqdan sonra, deyə bilərik ki, dəvətçilər yalnız eyni xarakterli insanlar deyildirlər. Onlar, müxtəlif qəbilələrə və hədəflərə malik olan insanlar idilər. həmçinin onların arasında şiənin həqiqi tərəfdarlarından olan, Süleyman ibni Sərd Xəzai, Musəyyib ibni Nəcbə Xəzari, Rəfağət ibni Şəddad və Həbib ibni Məzahiri görmək olar.

Bunların müqabilində isə imama daha da dəqiq məlumatlar yazan və özlərini imamın gəlişinə fəda edən və qoşun hazırlayıb imamın yolunu səbirsizliklə gözləyən bəni- ümməyə tərəfdarları var idi. O cümlədən, imamın qətlə yetirilməsinə görə məsciddə şükr namazı qılan Şəbs ibni Kəbi, aşura günü Səədin sərkərdələrindən olan və imama məktub yazdığını danan Həccar ibni Əbcəri, aşura günü ibni Ziyadın himayəçilərindən olan və imama məktub yazdığını danan Yezid ibni Haris ibni Yezidi, Ömər Səəd tərəfindən aşura günü atlı döyüşçülərə başçılıq edən Üzrət ibni Qeysi, beş yüz nəfər ilə fərat çayının sahillərində keşik çəkən, imamın balalarını suzuz qoyan, həzrət Abbası ox atəşinə tutan Ömər ibni Həccar Zubeydini görmək olar.85 Əvvəldə qeyd etdiyimiz kimi bu münafiqlər imama, onun yolunu səbirsizliklə gözlədiklərini və əhdlərinə sadiq qalacaqlarını yazmışdırlar.

Amma tarixdə imam məktub yazıb, onu dəvət edən addi insanların adları elə də vazeh açıqlanmamışdır. Bunu da əsas səbəbi, onlarn hər hansı bir qəbilənin himayəsində olmaları və eyni zamanda da mənafe, dünya sərvəti gündən insanların olmaları idi. O insanlar üçün imamət məsələləri haqq, ədalət və hakimin kim olmas elə də mühüm deyildi. Onlar, yaranmış vəziyyətdən öz şəxsi mənafeləri üçün istifadə edən insanlar idilər ki, tez bir zamanda hakimiyyətin cingiltisi qulaq batıran sikkələrinə aldandılar, bu insanların on səkkiz min nəfəri Müslim ibni Əqillə əhd bağladıqları bir vaxtda onu, ibni Ziyadın sikkələrini gördükdə tənha qoydular. Təbiidir ki, ibni Ziyadın minlərlə qoşunun müqabilində heç bir qələbə şansı olmayan imam Hüseynə tərəf getməyəcəkdilər bu insanlar. Çünki imam Hüseynin gəlişi o zaman onlar üçün faydalı və qənaətbəxş olardı ki, o gəliş onların şəxsi mənafelərinin xeyrinə olsun. Daha maraqlısı budur ki, onlar imamı sevə- sevə meydanda tək qoymuşdular. Yəni dünya və axirətin seçimi gəldikdə, axirət sevgisi ilə dünyanı seçmişdilər. bunun nümunəsini Mucmə inbi Abdullah Aizinin

İmam Hüseynə (ə) xitabında görmək olar:

«... و اما سائرالناس بعد فان افئدتهم تهوی الیک و سیوفهم غداً مشهورة علیک...»

"İnsanın (küfəlilərin) çoxunun ürəyi səninlədir. Amma sabah qılınclarını qından sənin əleyhinə çıxaracaqlar."

Onların bəziləri də aşura günü qətilgahın bir tərəfində durub döyüşə tamaşa edərək deyirdilər: "İlahi özün Hüseynə kömək ol!"

Deməli, belə nəticə ala bilərik ki, məktubların çox olmasına baxmayaraq, onların imamın gəlişinə nəzərləri eyni deyildi.

Nəzərlər müxtəlif olduğu üçün, imamın Kufəlilər tərəfindən tək qalmasının səbəbi də müxtəlifdir:

1) Birinci dəstə insanlar imamın həqiqi tərəfarları və hakimiyyətin əleyhinə çıxan insanlar idilər. Onlar, imam Hüseyni əsil hakim və xəlifə kimi qəbul edir, Yezidin fasiq olduğunu iddia edirdilər. o cümlədən Həbib ibni Məzahir və Müslim ibni Usəcə insanlara "hakimiyyət yalnız İmam Hüseynin (ə) haqqı olduğunu" başa salırdılar.
Amma təəssüflər olsun ki, onların sayı o biri dəstələrdən olduqca az idi.

2). Kufəlilərin bir çoxu isə, İmam Əlinin (ə) hakimiyyətinin ədalətin yada salır və onu 20 illik bəni- üməyyə hakimiyyəti ilə müqayisə edirdilər. Onlar, bəni- üməyyənin zülmündən cana doyub imam Hüseyni Kufəyə dəvət etmişdilər. Bu dəvətdən də əsas məqsədləri, Yezidin hakimlərinin zülmündən yaxa qurtarmaq idi.

3). Bir dəstə Kufəlilər isə nə imama nə də Yezidə görə namə yazmışdır. Onların imamı Kufəyə dəvət etməkdə əsas məqsədləri Kufənin mərkəzi şəhər olması idi. Əgər imam Kufəyə gəlib qiyam etsəysi, qalib gəldikdən sonra Kufəni islam dünyasının mərkəzi təyin edəcəkdi, ikinci bir tərəfdən, Kufəlilərin rəhbərliyi və qüdrəti olduqca çox olacaqdı. Həmçinin İmam Hüseyn (ə) hakimliyi ilahi yolla olduğu üçün, Yezidin hakimiyyətindən fəzilətli olacaqdı.

4). Bəzi qəbilə başçıları, o cümlədən, Şəbs ibni Rəbi, Həccac ibni Əbcər və sair. insanların içində öz qüdrətlərini və nüfuzlarını qorumaq üçün imama dəvət məktubu yazdılar. Çünki, onlar artıq elə fikirləşirdilər, imam qalib gələcək və bəni- üməyyə xilafəti imama təslim edəcəklər. bu səbəbdən imamın hakimiyyəti dövründə də məqam və nüfuz sahibi olsunlar deyə Kufəlilərin "məktubu selin"ə qoşuldular.

5). Bir dəstə insanlar isə gündəlik güzəranları yaxşı olsun deyə, məktub yazanların sırasına qoşulmuşdular.

Amma ibni Ziyadın imam Hüseyn qiyafəsində Kufəyə daxil olması, bəni- üməyyə tərəfdarlarına rahatlıq bəxş etdi. Onlar, tez ibni Ziyadın ətrafına toplaşaraq Kufənin ictimai siyasi xəbərlərini bir- bəbir ona xəbər verdilər.

Bu səbəbdən ibni ziyad, öz siyasi hiylələrindən istifadə edərək, Kufədə yaşayan tərədarlarının köməyi ilə qiyamı yaratmağa başlayır. İbni Ziyadın türütdüyü siyasəti psixoloji, iqtisadi və ictimai təhlil etmək üçün aşağıdakı mənbələrə diqqət yetirmək lazımdır.

1. Psixoloji (təsir) siyasət.

İbni Ziyad Kufəyə daxil olduğu gündən başlayaraq Kufəlilərə hədə- qorxu gəlməyə başladı. O, məscidə gedərək Kufəlilərə moizə edəcək. Onlara belə xəbərdarlıq edir: "Mən sizin mehriban atanızam. Hər kəs mənə tərəf gəlsə öz himayəmdə ona yer var. amma hər kəs mənim əleyhimə addım atsa, onu öz qılıncımdan keçirəcəyəm. İndi özünüz bilin."

Bundan əlavə, Müslüm ibni Əqilin Kufədə ilkin qiyamı zamanında o, Kufəliləri Şam qoşunları ilə qorxudaraq onlara belə dedi. "Şam qoşunları indi yoldadır. Bura çatan kimi heç kəsə rəhm olunmayacaq."

Kufəlilər Şam qoşunlarının adını eşitcək lərzəyə düşdülər. Çünki onlar, Şam qoşunlarının qüdrətini İmam Həsənin (ə) vaxtında görmüşdülər. bu səbəbdən də heç vaxt onlarla üz- üzə gəlmək istəmirdilər. Bundan əlavə, Şam qoşununa qalib gəlmək heç onların ağlından belə keçmirdi. Bu səbəbdən onlar hərəsi bir bəhanə ilə Müslim ibni Əqili meydanda tək qoydular və qiyam etməkdən daşındılar.

O gün ki, Müslim ibni Əqil dörd min nəfərlə ibni Ziyadın qərərgahında mühasirəyə almışdı. Axşam artıq Kufənin küçələrində tək və köməksiz dolaşırdı. Çünki, bütün bu əks təbliğatlar imanı zəif insanlarda öz təsirini qoymuşdur.

2). İctimai siyasət.

Nə vaxta qədər ki, Abdullah ibni Ziyad Kufəyə daxil olmamışdı, bir çox qəbilə başçıları, o cümlədən yuxarıda adlarını qeyd etdiyimiz Şəbs Rəbi və başqaları, Müslim ibni Əqilin ətrafına toplaşaraq ona beyət etmişdilər. bununla yanaşı bütün işlərdə onunla məsəhət edir və imamın (ə) yolunu səbirsizliklə gözləyirdilər.
Amma Abdullah ibni Ziyadın Kufəyə daxil olması və onun təhdidlə danışması, onların bütün işlərini alt- üst etdi. O kəslər ki, öz mənsəb və ictimai nüfuzlarına görə Müslimə beyət etmişdilər, artıq çaşqınlıq içində nə edəcəklərini bilmirdilər. nəhayət ibni Ziyadın onlara vədə verdiyi pulu, rüşvəti, məqamı və əks təqdirdə isə qılıncdan, keçməyi gördükdə Müslümü tək qoyub ibni Ziyada tərəf keçdilər. həmçinin ibni Ziyad da onları öz ətrafına necə toplamağın və onlardan istifadə etməyin yolunu yaxşı bilirdi. O Kufənin bütün şərafətli insanların və qəbilə başçmıların öz tərəfində toplayaraq, imamın əleyhinə onlardan istifadə etməyə başladı.
Kufənin bütün xəbərlərini yerli- yerində dəqiq bilən, Müslimə ibni Abdullah Aiz Kufədən çıxıb imamın (ə) dəstəsinə qoşularkən, Kufənin vəziyyətini imama belə tərif etmişdir:

«اما اشرافالناس فقد اعظمت رشوتهمو ملئت غرائرهم یستمال و دهم و یستخلفی به نصیحتهم فهم ألب واحد علیک...»

"Kufənin tanınmış şəxsiyətləri və qəbilə başçıları, bütün yaxşılıqdan əl çəkərək, sənin əleyhinə çıxdılar. Onlar (İbni Ziyadın sarayında) ciblərini qızıl sikkələrlə və xurcunlarını- buğda- arpa ilə dolduraraq hər şeyə göz yumdular."

Abdullah ibni Ziyadın ictimai siyasətdə bəhrələndiyi ikinci qurup insanlar isə "ağsaqqallar idi. Kufə şəhərində bu terminə "Ürəfa" deyirdilər. onlar, Kufə əmirliyi tərəfindən ictimai asayişin qorunması üçün seçilmiş şəxslər idilər. yəni, o insanlar ki, Kufə şəhərində sakin idilər və heç bir qəbiləyə tabe deyildilər, bu ağsaqqallar onları himayət edirdilər. onların sayı iyirmi nəfərdən başlayaraq, yüz nəfərə kimi ağsaqqalların nəzarətində idilər. Həmiçinin ağsaqqallar da onların tam hüququ şəxs kimi bütün işlərinə cavabdeh idilər. o insanlar bu işə görə Ağsaqqallara pul da verirdilər. Bundan əlavə Ağsaqqalların bir vəzifələri də himayəsində olan insanların neçə nəfər qadın, kişi, uşaq olmasını və həmçinin ölənlərin və dünyaya gələnlərin kimliyini və sayını hər ay Kufə hakimiyyətinə xəbər vermək idi. Onlardan kimsə hökumət əleyhinə iş görərdisə, ağsaqqal onu tanımalı və əmirliyə təhvil verməli idi. Həmçinin əmirliyin sabit qalması üçün əllərindən gələni əsirgəməməli idilər.

Abdullah ibni Ziyad, Kufədə necə hökümranlıq etməyi, uzun illər Kufənin hakimi olmuş atası Ziyaddan öyrənmişdir. O, Kufə məscidində söhbətin bitirən kimi, saraya qayıdar və "Ürəfanı" öz hüzuruna çağtdıraraq onlara deyir:

«اکتبوا إلی الغرباء و من فیکم من طلبة امیرالمؤمنین و من فیکم من الحروریة و اهل الریب الذین رأیهم الخلاف و الشقاق، فمن کتبهم لنا فبرئ و من لم یکتب لنا احدا فیضمن لنا ما ما فی عرافته إلا یخالفنا منهم مخالف و لا یبغی علینا منهم باغ فمن لم یفعل برئت منه الذمة و حلال لنا ماله و سفک دمه و ایما عریف وجدنی عرافته من بغیة امیرالمؤمنین احد لم یرفعه الینا صلب علی باب داره و القیت تلک العراقة من العطاء»

"Tez bir zamanda, o kəslər ki sizin himayənizdədir və nankorluq edib əmirəl möminin Yezidə qarşı çıxıb, adlarını yazıb mənə təhvil verin. Bundan əlavə şübhələndiyiniz kimsə olarsa və adını bizə verməzəniz, özünüz onun cinayətində şərik olacaqsınız. Sizin himayənizdə olanlardan kimsə bizə qarşı çıxarsa, malı, qanı və namusu bizə halal olacaqdır. Əgər ağıllı və zəkalı olsanız bizim sizinlə işimiz yoxdur. Amma "ərif"in (ağsaqqalın) özü bizə qarşı və əmirəlmöminin Yezidə qarşı (Yezid) çıxarsa, onu evinin içində dar ağacından asacaq və bütün ürəfanı aldığı puldan mərhum edəcəyəm."

İbni Ziyadın təhdid dolu sözləri bütün ürəfanı qorxuya saldı. Demək olar ki, ürəfanı ibni Ziyaddan qorxaraq ona tabe olması, Müslümün Kufədə tək qalmasının əsas səbəblərindən biri oldu. Ürəfa qorxaraq ibni Ziyadın bütün göstərişlərini dəqiq yerinə yetirərək, himayəsində olan insanları tam nəzarət altına aldılar.

3). İqtisadi siyasət

O zaman Kufə əhalisinin əsas gəlir mənbələri, Kufə hakimiyyətinin büdcəsi idi. Belə ki, İran imperatoru ilə döyüşdən qayıdan insanlar Kufədə sakin olduqdan sonra, Kufənin hakimi tərəfindən büdcədən bütün Kufəlilərə hər ay oul, xurma, buğda, arpa və yağ verilirdi. İş o yerə çatmışdır ki, Kufənin sakinləri işləmir və heç bir sənəti də ərəbin şəninə uyğun bilmirdilər. Kufədə işləyən yalnız əcəm "(əsli və milləti ərəb olmayan) "məvalilər" (əsliyəti ərəb olmayan və ərəblə əhd- peyman başlayan şəxslər) idilər. bu səbəbdəb bütün sənaye və əkinçilik işlərin ərəbolmayan müsəlmanların öhdəsində idi.

Həmçinin Kufə hakimiyyətinin bu işi bütün Kufə müsəlmanların öz təsiri altına almışdır. Bu səbəbdən bir çox işlərdə hakimiyyət dairələri ilə həmkarlıq etməkdən boyun qaçırdılar.

Abdullah ibni Ziyad ürəfa (ağsaqqallar) ilə müşavirə keçirərkən, onları, hakimiyyət tərəfindən aldıqları aylıq kompensasiyalardan məhrum edəcəyi ilə təhdid etdi. Həmçinin əgər başqa ağsaqqallarda kiminsə xəyanət etdiyini görüb susardısa, onun və himayəsində olanların bütün gəlirlərdən mhrum olacağaını söylədi.
Bundan əlavə, Müslim hökumət sarayın mühasirəyə aldığı vaxt, ibni Ziyadın carçıları Kufədə elan etdilər ki, "hər kəs Müslümü tərk edərsə onun aylıq gəliri iki dəfə artırılacaq və əks halda bütün hüquqlardan məhrum olacaqdır."

Bildiyimiz kimi Müslümü qəsrinn kənarında dörd mindən çox adam toplaşmışdı. Amma bunu eşitcək Şam namazına kimi onun ətrafından dağıldılar. Getməyənləri də arvad- uşaqları məcbur apardılar.

İbni Ziyad yaranmış bu fürsətdən istifadə edərək, onlara çoxlu vədələr verib imam Hüseynə qarşı toplamağa başlayır. Onlara aylıq gəlirin dəfələrlə aratacağını söz verir. Onlarında qəlbi (üzdə) imamla olsada dünya malından keçə bilmirlər. Bu minvalla Kufədən imama qarşı neçə min hərəkət edir. Bəzi tarixi mənbələr bunu belə qeyd edir:

"Ürəyində imam məhəbbəti olan 30-min qoşun Kərbəlaya Fərata yollanır".

İmam Hüseyn (ə) aşura günü Kufəlilərə üzünü tutub belə deyir:

«کلکم عاص لأمری مستمع لقولی، قد انخزلت عطایاتکم من الحرام و ملئت بطونکم من الحرام فطبع علی قلوبکم»

"Hamınız mənim əleyhimə üsyan etdiniz. Mənim sözlərimi eşitmək belə istəmirsiniz. Amma mən bunun səbəbini bilirəm. Sizin aylıq gəlirinizi haram puldan artırmağı sizə söz veriblər. İndidə qarnınızı o qədər haram tikə ilə doldurmisunuz ki, qəlbiniz möhürlənib və haqq söz artıq sizə təsir etmir"